Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyev ərizəsini geri götürdü

Buna görə də şikayət icraata qəbul edilməyib

Nəsimi Rayon Məhkəməsində Səhiyyə naziri Oqtay Şirəliyevin bloqqer-jurnalist Teymur Kərimova qarşı xüsusi ittiham qaydasnda şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə T. Kərimov məlumat yayıb. Bildirib ki, bu günə təyin olunan prosesdə elan olunub ki, O.Şirəliyev şikayətini geri götürüb. Buna görə də şikayət icraata qəbul edilməyib.

Xatırladaq ki, Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirərək, onkoloji xəstə olan anasından xəstəxanada rüşvət tələb olunduğunu, dərmanların verilmədiyini iddia edib. O, dərmanları almaq üçün üst paltarını soyunaraq satışa çıxardığını bildirib.

Səhiyyə Nazirliyi isə açıqlama yayaraq T.Kərimovun dediklərini təkzib edib.

O.Şirəliyev isə məhkəmədə xüsusi ittiham qaydasında şikayət qaldıraraq, T.Kərimovun nazirliyin qarşısındakı aksiyada səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini, mənimsəmədə, rüşvət almaqda, insan ölümündə günahlandırdığını bildirib.

Nazir T.Kərimovun Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan cəzanın verilməsini istəyirdi

Qeyd edək ki, T.Kərimovun anası iyunun 7-də dünyasını dəyişib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar