Cümə, 10 Aprel 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Oqtay Əsədovun yerinə sədr kim olacaq?

Milli Məclisin rəhbərliyi yenilənir...

Mərkəzi Seçki Komissiyası saxtakarlığa yol verilmiş məntəqələrin nəticələrini ləğv etsə də, bunun ümumi prosesə təsir göstərməyəcəyi heç kimə sirr deyil.

Seçki Məcəlləsinə uyğun olaraq, MSK-nın bu həftənin sonuna kimi yekun protokolları təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərməsi gözlənilir. Siyasi analitiklər ən gec aprel ayının əvvəllərində Milli Məclisin yeni tərkibdə ilk iclasının keçiriləcəyini proqnozlaşdırırlar.

Hazırda siyasi kluarlarda yeni spikerin kimliyilə bağlı məsələ ciddi müzakirə mövzusu olaraq qalır. Keçmiş spiker Oqtay Əsədovun yenidən öz postuna qayıtması inandırıcı görünmür. Əsədovla bağlı bir müddət əvvəl Rusiya mətbuatında yayılan xəbərlər onun şansını minimuma endirib. Sabiq spikerin səhhətində yaranmış problemlər bu versiyanı bir qədər də qüvvətləndirir. Təbliğat-təşviqat kampaniyası dövründə seçicilərlə bir dəfə də olsun canlı təmasa meyl göstərməyən Əsədovun siyasi karyerasını deputat mandatı ilə başa vuracağı ehtimal olunur.

Bəs, yeni spiker kim olacaq? Hakimiyyətin yüksək ranqlı fiqurlarından sayılan Oqtay Əsədovu növbəti beşillikdə kim əvəzləyəcək? Müşahidəçilər bu posta real namizədlər sırasında sabiq vitse-spiker Ziyafət Əsgərovun adını daha çox hallandırırlar. Milli Məclisdə çoxillik staja malik olan Əsgərovun "mətbəxinə" yaxşı bələd olduğu qanunverici orqanın başına keçəcəyi istisna olunmur. Hüquq professorunun bu posta yiyələnməsi üçün ciddi maneənin olmadığı bildirilir.

Analitiklər isə hesab edirlər ki, Ziyafət Əsgərovun regional mənsubiyyəti onun şansını yarıya endirir. Onların qənaətinə görə, 1963-cü ildə Naxçıvanda doğulan Əsgərovun bu vəzifəyə seçilməsi hakimiyyətdəki qüvvələr nisbətini dəyişə bilər. Baş nazirin əslən Naxçıvandan olması bu ehtimalı daha da qüvvətləndirir. Odur ki, parlament sədrinin də eyni regiondan olması inandırıcı görünmür.

Spiker postuna iddialılar sırasında akademik Əhliman Əmiraslanovun da adı hallanır. Hətta bəzi müşahidəçilər Əmiraslanovun ölkənin dördüncü adamı olacağına real yanaşırlar. Onların fikrincə, regional mənsubiyyəti Əhliman Əmiraslanovun şansını xeyli artırır. Oqtay Əsədovun da, mərhum Murtuz Ələsgərovun da əslən Qərbi Azərbaycandan olduğunu önə sürən analitiklər bu postun sözügedən bölgədən olan şəxslərin "boyuna biçildiyini" iddia edirlər. Əhliman Əmiraslanovu Milli Məclisin sədri seçdirməklə hakimiyyətin qüvvələr nisbətini qoruyacağı ən çox səslənən versiyalar sırasındadır.

Hakimiyyətin gəncləşmə siyasətinə sadiq qalaraq, spiker postunu müsbət reputasiyaya malik olan gənc deputatlardan birinə həvalə edəcəyi də istisna olunmur...

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş

Azərbaycanlı alim koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqlandı

Ziyalılar Mübariz Mənsimova görə İlham Əliyevə müraciət etdi - Siyahıda 138 ad var

Siyasi şərhçi: “Hökumət yardım paketinə yenidən baxmalıdır”

Ziyafət Əsgərov: “Dövlətə bu qədər düşmən kəsilmək olmaz”

İşsizlər üçün birdəfəlik ödəmənin kimlərə veriləcəyi açıqlandı - Rəsmi

Nərminin qətli ilə bağlı daha bir məhkəmə qərarı açıqlandı

"O, qarabağlılardan və bütün azərbaycanlılardan üzr istəməlidir" - İqbal Ağazadə  

Stalinə “qulaqlarını kəsərəm” deyən briqada komandirinin cəzası – 10 il sonra güllələnmə

loading...

Ən çox oxunanalar