Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov Nur-Sultanda ATƏT PA-nın sədri ilə görüşüb

Milli Məclisin Sədri Oqtay Əsədov sentyabrın 24-də Nur-Sultan şəhərində ATƏT Parlament Assambleyasının (PA) sədri Georgi Tsereteli ilə görüşüb...

PİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Oqtay Əsədov Milli Məclisin ATƏT Parlament Assambleyası ilə əməkdaşlığının inkişafından məmnunluğunu bildirib.

O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında oynadığı roldan danışıb. Milli Məclisin Sədri səmərəli dialoqun davam etdirilməsinin önəmini vurğulayıb.

Georgi Tsereteli Azərbaycana səfərini və ölkəmizdə keçirdiyi məhsuldar görüşləri məmnunluqla xatırlayıb. O bildirib ki, ATƏT PA Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin daha da dərinləşməsinə böyük maraq göstərir.

Söhbət zamanı Azərbaycanın ATƏT PA-nın işində məhsuldar iştirak etdiyi və qurumun fəaliyyətinə mühüm töhfə verdiyi qeyd edilib, ATƏT məkanında parlament əməkdaşlığı istiqamətinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.

pia.az


Etiket: Oqtay Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar