Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşdü

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib

AzərTAc xəbər verir ki, Oqtay Əsədov əvvəlcə ümummilli lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin heykəli önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini yad edib.

Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev spikerə park haqqında ətraflı məlumat verib.

Milli Məclisin sədri Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyə İnstitutuna gəlib. Prezident İlham Əliyevin salamlarını çatdıran spiker qeyd edib ki, dövlət başçımızın birbaşa göstərişi və nəzarəti ilə onun müalicəsi nəzarət altındadır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.

Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Sonra spikerə milli qəhrəmanlarımız haqqında olan kitabı təqdim edib.

O.Əsədovu görüşlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşayiət ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar