Çərşənbə, 30 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Operativ Qərargahın qəribə məntiqi

Ya da özünüz düşünün: Burada məntiq haradadır?

Bu ilin ilk baxışdan heç nə ilə əlamətdar olmayan 5 avqust tarixi azərbaycanlılara xoş xəbər gətirdi. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi səbəbiylə evdə həbs olunmaqdan bezən vətəndaşlar rahat bir nəfəs aldılar. Zəhlətökən SMS icazələri ləğv edildi, bəzi obyektlər fəaliyyətə başladı və ən əsası, çimərliklərə getmə qadağası qaldırıldı. Çimərliklər haqqında bir az sonra danışacağıq, amma indi diqqətinizi bəzi azərbaycanlıların dillərdə dastan olmuş məsuliyyətsizliyinə yönəltmək istəyirik.

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimini bir qədər yumşaltdıqdan sonra məsuliyyətsiz və ya ölümcül virusun təhlükəsini tam dərk etməyən vətəndaşlar, sərbəstliyin ləzzətini dadan kimi sanki zəncirdən qırıldılar. Xəstəliyin Azərbaycanda görülən tədbirlərdən sonra biabırcasına məğlub olaraq, geri çəkilməsinə inanan insanlarımız (xoşbəxtlikdən son günlərdəki statistika yoluxmuş insanların sayının azaldığını göstərir), müəyyən edilmiş bütün qaydalara vaxtından əvvəl tüpürdülər. Onlar unutdular ki, yoluxanların sayının azalmasına və bəzi yumşalmalara baxmayaraq, heç kim tibbi maskaların taxılmasını və ya sosial məsafəyə riayət edilməsini ləğv etməyib. Dediklərimi sübut edən bir neçə misal çəkmək istəyirəm.

Beləliklə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları Allahyarlı kəndində yerli sakinlərin karantin rejimini pozaraq, bir mərhumun yas mərasiminə toplaşdıqları barədə məlumat alıblar. Hadisə yerinə gələn polislər yas mərasimini yarıda kəsiblər və 8 nəfərə qarşı cərimələr tətbiq olunub.

Əlbəttə ki, adət-ənənələrin vacibliyini, ölü yiyələrinin hisslərini yaxşı başa düşür və hörmət edirik, ancaq birdəfəlik anlamaq lazımdır: yas yerinə getməklə mərhumlara kömək edə bilməzsiniz, ancaq pandemiya zamanı insanların kütləvi şəkildə yığıldığı bu cür mərasimlərin keçirilməsi yeni ölümlərə səbəb ola bilər.

Bu misal, necə deyərlər, medalın qaranlıq - matəm tərəfidir. Ancaq eyni saymazlıq medalın digər - işıqlı və şən tərəfində də müşahidə olunur.

Medianın məlumatına görə, Şabranda yerli sakinlər nişan mərasimi keçirmək niyyəti ilə bir evə yığışıblar. Ancaq bunu eşidən asayiş keşikçiləri şənlik keçirilən məkana gəlməklə, şən əhval-ruhiyyədə olan həm ev yiyələrinin, həm də qonaqların kefinə soğan doğrayıblar. Beyləqan rayonunda olduğu kimi, burada da məclisdə iştirak edən 8 nəfər cərimələnib.

Bir-birindən mahiyyətinə görə fərqlənən iki mərasim, müxtəlif bölgələr və eyni sayda cərimələnənlər...

Bu mərasimlərə diqqət yetirməyimizin səbəbi təkcə onlarda iştirak edən insanların məsuliyyətsizliyi barədə danışmaq deyil. İndi keçək çimərliklərə ki, sizə də hər şey aydın olsun.

Çimərliklərə getmək qadağasının Operativ Qərargah tərəfindən ləğv edilməsinə baxmayaraq, bu sahədə vəziyyət heç də qənaətbəxş görünmür. Yerli media və sosial şəbəkələrdə yerləşdirilən yüzlərlə çimərlik fotoları insanda Nazirlər Kabinetinin məlum qərarının vaxtından əvvəl verildiyi qənaəti yaradır. Çimrəliyə gedən insanlarda nə maskalar var, nə də sosial məsafə qorunur. Bu gün bizim çimərliklərimiz qaynayan qarışqa yuvasına bənzəyir.

Bu vəziyyətdə avtomatik olaraq bir sual meydana çıxır: niyə pandemiya zamanı 15-20 nəfər adam yas və ya nişan mərasiminə yığıla bilməz, amma sayı onlardan dəfələrlə çox olan insan, heç bir sosial məsafə gözlənilməyən çimərliklərdə problem olmadan bir-birilərinə təhlükəli şəkildə yaxın ola bilər?

Yəqin ki, bu suala Operativ Qərargahın əməkdaşları cavab verə bilər, lakin bu cavabın hansısa məntiqə uyğun gələcəyini ağlımız kəsmir. Onların belə bir paradoksal qərarı latınca olan məşhur bir deyimi yada salır: “Yupiterə icazə verilən şey öküz üçün qadağandır”.

Belə və ya əksinə. Bu məqalə ilə biz çimərliklərin yenidən bağlanmasına və ya müxtəlif mərasimlərin keçirilməsinə icazə verilməsinə çağırmırıq, amma bütün bunlarda kimsə məntiq görürmü...?(Müəllif: Fed Bakinski)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Digər yazıları

Fazil Mustafadan İran ordusuna çağırış:"Onlar "Ümid"dən gəldilər, siz də "Xudafərin"dən girin!"

Fazil Mustafa:"Onlar haqlarını sizlərə çətin ki, halal etsinlər..."

Rusiyaya yaxınlaşmaq Rusiyadan uzaqlaşmaqdan daha qorxuludur

“Özünü rayonun kiçik padşahı kimi aparır” - Fazil Mustafa İçra başçısı haqda

“Anlamadıq ki, bizim hakimiyyət həzzimizin bədəli Şuşanın, Laçının itkisidir”

“İt hürən tərəfə gedənlər xalqın qaragüruha qazandırdıqları məxluqlardır"

Elçibəyi fahişələrə məxsus üslubda təhqir edənlər…

loading...

Ən çox oxunanalar