Bu gün saat 11:00-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək.
PİA.az xəbər verir ki, brifinqdə koronavirus pandemiyası ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xəstəliyin yayılma dinamikası, karantinin sərtləşdirilməsi və yumşaldılması ilə bağlı vacib məsələlər müzakirə olunacaq.
Brifinqdə jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriləcək. (Baku.ws)
pia.az