Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC neft hasilatını azaltmağı tövsiyə edib

"OPEC Katibliyi üzv ölkələrə gələn il neft hasilatını 2018-ci ilin oktyabrı ilə müqayisədə sutkada 1,3 milyon barel azaltmağı tövsiyə edib"

Bunu cümə günü təşkilatdakı mənbələrə istinadən "Bloomberg" yazıb.

Məlumata görə, OPEC-də hesab edirlər ki, bu, tələbat və təklif arasında balans yaratmaq üçün lazımdır. Neft istehsalının azaldılmasına əsas səbəb zəif tələbat və ABŞ-da şist neft hasilatının intensiv artımıdır. Lakin nazirlər Katibliyin tövsiyələrinə heç də həmişə dəqiqliyi ilə əməl etmirlər.

OPEC oktyabrda sutkada 32,9 mln. barel neft hasil edib ki, bu da yanvar ayı ilə müqayisədə 0,6 mln. barel çoxdur. Artım əsasən Səudiyyə Ərəbistanına görə baş verib.

Tövsiyə dekabrın 5-də Vyanada OPEC+ Nazirlər Monitorinq Komitəsinə təqdim ediləcək. Komitə tövsiyəni alyansın digər üzvlərinə təqdim etməlidir: OPEC ölkələri dekabrın 6-da, OPEC-ə üzv olmayan ölkələr isə 7 dekabrda qərar qəbul etməlidir.

Bundan əvvəl OPEC-in yeni tarazlayıcı saziş hazırladığı məlum olub.(report.az)

pia.az


Etiket: OPEC

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar