Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC: “Azərbaycan möhkəm əlaqələr olan tərəfdaşlardan biridir”

"Azərbaycan OPEC-lə xüsusi və möhkəm əlaqələri olan əsas tərəfdaşlardan biridir"

Bu barədə OPEC-in bülletenində Azərbaycanla bağlı xüsusi buraxılışda “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq” məqaləsində qeyd olunub.

“OPEC yarandığı 59 il ərzində neft sənayesinin tərəfdaşları, xüsusilə qeyri-OPEC hasilatçıları və istehlakçıları ilə konstruktiv dialoqları və möhkəm diplomatik əlaqələri inkişaf etdirməyə çalışıb. Bu qiymətli əmtəənin qədim hasilatçılarından biri olaraq Azərbaycan neft sektorunun mürəkkəb və dəyişkən mühitinə baxmayaraq, şübhəsiz ki, OPEC-lə xüsusi və möhkəm əlaqələri olan əsas tərəfdaşlardan biridir”,- məqalədə bildirilib.

Məqalədə neft sənayesinin beşiyi olaraq Azərbaycanın OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasına yaxşı ev sahibliyi etdiyi qeyd edilib. Bildirilib ki, iclas çoxyönlü nəticələri olan məhsuldar müzakirələrlə son dərəcə səmərəli və nəticəyönümlü olub ki, bu da qlobal neft bazarını ilhamlandırıb: "Nəticədə bu iclas bazarda artan həssaslığı əks etdirən, bütün iştirakçıların bazarın stabilliyi üçün öhdəliklərini və qətiyyətlərini bir daha təsdiq etdiyi, Birgə Monitorinq Komitəsinin üzvlərinin sayının genişləndiyi çox müsbət iclas idi. Bütün iştirakçılar doğru yolda olduqlarına bir daha əmin olaraq Bakını tərk etdilər".

Qeyd edək ki, Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası martın 18-də, Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası isə martın 17-də baş tutub.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.

pia.az


Etiket: OPEC

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar