Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC+ ölkələri 10-12 iyulda görüşə bilər

OPEC və qeyri-OPEC ölkələri neft hasilatı üzrə qərarın qəbul edilməsi məqsədilə görüşün 10-12 iyul tarixlərində Vyanada keçirilməsi məsələsini müzakirə edir

“APA-Economics”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Nazirliklərin Birgə Monitorinq Komitəsinin görüşü iyulun 10-da, OPEC ölkələri nazirlərinin görüşü iyulun 11-də, OPEC və qeyri-OPEC ölkələri danışıqları isə iyulun 12-də keçirilməsi təklif olunur.

Qeyd edək ki, OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadılması üzrə görüşün tarixini razılaşdıra bilmirlər. İran Səudiyyə Ərəbistanının görüşün 3-4 iyul tarixlərində keçirməsi təklifinə qarşı çıxıb. İranın neft naziri Bijan Namdar Zangan Rusiya Enerji naziri Aleksandr Novak ilə görüşündən sonra OPEC+ yığıncağını 25 iyundan başqa tarixə keçirilməsinə razılığını bildirib. O, tədbirin 10-12 iyul tarixləri arasında keçirilməsini təklif edib.

Xatırladaq ki, OPEC, Rusiya və OPEC+ ölkələri bazarda vəziyyəti tənzimləmə məqsədi ilə 1 yanvar tarixindən 6 ay müddətinə gündəlik hasilatın 1,2 mln. barel azaldılması barədə razılaşıb. Görüş zamanı tərəflər OPEC+ çərçivəsində neft hasilatının azaldılmasına dair sövdələşmənin uzadıb ya uzadılmaması barəsində bir qərara gəlməlidirlər.

pia.az


Etiket: OPEC+

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar