Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC+ iclası sabah keçiriləcək

Neft hasilatının azaldılmasına dair saziş əldə edən ölkələrin iclası iyunun 6-da keçiriləcək...

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə alyansın nümayəndə heyətlərindəki mənbə məlumat verib.

“Görüş sabaha təyin edilib, demək olar, rəsmidir. Amma görüşə rəsmi dəvətnamələr hələ nümayəndə heyətlərinə göndərilməyib”, - o deyib.

OPEC+ apreldə neft hasilatını may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və 2021-ci ildən 2022-ci ilin aprel ayının sonunadək isə 5,8 milyon barel azaltmaqla bağlı razılıq əldə edib. İstinadlar nöqtəsi 2018-ci ilin oktyabr ayının hasilat səviyyəsi götürülüb. RusiyaSəudiyyə Ərəbistanı üçün isə istinad nöqtəsi gündəlik 11 milyon barel təşkil edib ki, azalma digərləri ilə analogiya üzrə müvafiq olaraq 23%, 18% və 14% olacaq.

Daha əvvəl alyans bazarın vəziyyətinə əsasən, sazişin şərtlərinin dəyişdirilə biləcəyini qeyd edib. Belə ki, qeyri-rəsmi məlumatlara görə, indi ölkələr mövcud azalma səviyyəsinin (gündəlik 9,7 milyon barel) iyun ayından sonra da bir müddət qorunub saxlanılması məsələsini müzakirə edirlər. Amma belə qərarın verilməsində əsas məqam ənənəvi pozucular – İraq, Nigeriya və Qazaxıstan da daxil olmaqla, hamının öhdəliklərinə tam riayət etməsidir.

pia.az


Etiket: OPEC+


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar