Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC+-da neft müzakirələri... - Gələn il neftin qiyməti sabit qalacaqmı?

OPEK+ ölkələrinin neft hasilatı barədə kosensusu hansı səviyyədə ola bilər və gələn il üçün neftin qiymətini necə proqnoz etmək olar?..

İqtisadçı-ekspert: “OPEC+ ölkələri 1 yanvar 2021-ci il tarixindən etibarən hasilatı gündəlik 1,9 milyon barel artırılması ilə bağlı əvvəllər qəbul edilmiş planı tətbiq etməyə qərar verə bilərlər. Belə bir ssenarinin baş vermə ehtimalı bir qədər az olsa da mümkündür”.

“Neftin bir barelinin qiymətinin 40 dollara enməsi gözlənilir. OPEC daxilində bu qərarı dəstəkləmək istəyənlər də az olmayacaq”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova OPEK-in dünən keçirilən qərarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi oyabrın 29-u OPEK+ monitorinq komitəsinin nazirlərinin keçirdiyi qeyri-formal məsləhətləşmələr konsensus əldə olunmadan başa çatdı. Belə ki, tərəflər 2021-ci ilin ilk ayları üçün alyans ölkələrinə neft hasilatının hansı səviyyədə tövsiyə ediləcəyi barədə razılığa gələ bilmədilər.

Dünən isə OPEK+ monitorinq komitəsinin nazirlərinin sazişin parametrlərinin üç ay müddətinə uzadılması barədə fikir birliyinə gəlib. Lakin yekun qərarın dekabrın 3-də bütün konsersum tərəfindən qəbul edəcəyi gözlənilir

OPEK+ ölkələrinin neft hasilatı barədə kosensusu hansı səviyyədə ola bilər və gələn il üçün neftin qiymətini necə proqnoz etmək olar? Həmçinin qəbul olunacaq neft qiymətinin Azərbaycan iqtisadiyyatı üçün müsbət tərəfləri olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Neft bazarında stabilləşmə və hasilatda artım yalnız gələn ilin ikinci yarısından etibarən mümükündür”.

Mövcud məhdudiyyətlərin rüblük və ya altı ay müddətində saxlanılması ilə bağlı bir qərar qəbul edilərsə, dekabr ayında neftin bir barelinin qiymətinin 50 dollardan çox yüksəlməsi ehtimalının olduğunu düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bu qiymət büdcənin doldurulması və neft emalı zavodunun fəaliyyət rentabelliyini təmin etmək baxımından ölkəmiz üçün də faydalı olar:

“OPEC, OPEC+ sazişinin parametrlərinin üç ay müddətinə uzadılması barədə fikir birliyinə gəldi, lakin yekun qərarın dekabrın 3-də bütün konsersum tərəfindən qəbul edəcəyi gözlənilir. Nəticədə, alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatında 2 milyon barel artımın olub-olmamasına qərar veriləcək.

Neft hasilatını azaltmaq barədə sazişin gələcək şərtlərinə dair veriləcək qərar, bazarın bundan sonra hansı formada inkişaf edəcəyini və önümüzdəki aylarda qiymətlərdə nə baş verəcəyini təyin edəcək. Bir neçə mümkün ssenari var. OPEC-in monitorinq komitəsinin son iclasında qəbul edilən bildirişdə deyilir ki, ölkələr neft bazarını sabitləşdirmək üçün hər cür addıma hazır olmalıdırlar. Gündəlik 7,7 milyon barel olmaqla endirim kvotalarının 2021-ci ilin iki rübü üçün və ya daha uzun müddət uzadılması da mümkündür.

Mövcud məhdudiyyətlərin rüblük və ya altı ay müddətində saxlanılması ilə bağlı bir qərar qəbul edilərsə, dekabr ayında neftin bir barelinin qiymətinin 50 dollardan çox yüksəlməsi ehtimalı böyükdür. Belə olarsa, büdcənin doldurulması və neft emalı zavodunun fəaliyyət rentabelliyini təmin etmək baxımından ölkəmiz üçün də faydalı olar.

Digər bir variant, OPEC+ ölkələri 1 yanvar 2021-ci il tarixindən etibarən hasilatı gündəlik 1,9 milyon barel artırılması ilə bağlı əvvəllər qəbul edilmiş planı tətbiq etməyə qərar verə bilərlər. Belə bir ssenarinin baş vermə ehtimalı bir qədər az olsa da mümkündür.

Vüsalə Əhmədova: “Ən az ehtimal olunan ssenari müqavilənin çöküşüdür. Bu isə yalnız iştirakçılar arasındakı münasibətlərin kəskinləşməsi halında mümkündür”.

Belə olan halda neftin bir barelinin qiymətinin 40 dollara enməsi gözlənilir. OPEC daxilində bu qərarı dəstəkləmək istəyənlər də az olmayacaq, məsələn, hasilat kvotalarından narazı olan BƏƏ, Küveyt, İraq və ya Meksika kimi. Ən az ehtimal olunan ssenari müqavilənin çöküşüdür. Bu isə yalnız iştirakçılar arasındakı münasibətlərin kəskinləşməsi halında mümkündür. Məsələn, BƏƏ müqavilədən çıxa biləcəyini daha əvvəllər etiraf etmişdi. Bu baş verərsə, neftin bir barelinin qiyməti 20 dollardan aşağı enə bilər.

Buradan belə bir nəticəyə gəlmək olar ki, bir müddət “qara qızıl” bazarında sabitlik hökm sürəcək və çox güman ki, yalnız gələn ilin birinci yarısında OPEC neft hasilatı kvotalarını artırmaq barədə qərar qəbul edəcək. Hər bir halda, COVID-19 və o cümlədən, qış aylarında neftə olan tələbin aşağı enməsi ilə əlaqədar qeyri-müəyyənliklər səbəbindən hasilatın azaldılmasına ehtiyac böyükdür.

Bundan başqa, İran ilə İsrail arasındakı qarşıdurmanın neft qiymətlərində kifayət qədər güclü artıma səbəb olacağı ehtimalı da mövcuddur. İranın nüvə proqramının yaradıcılarından birinin öldürülməsi səbəbindən İran ilə İsrail arasında münaqişənin kəskinləşməsi mümkündür. İran hakimiyyəti artıq onun ölümündə İsrail kəşfiyyat xidmətini günahlandırır. Yəni, qarşıdurma böyüyür və bu da neftin qiymətində kifayət qədər artıma səbəb ola bilər.

Ümumiyyətlə düşünürəm ki, COVİD-19 pandemiyasının neft bazarına təsiri hələ 2021-ci ilin birinci rübündə də davam edəcək. Əyər 2021-ci ilin birinci rübündə kütləvi peyvəndləmə aparılarsa, o zaman bunun müsbət nəticəsini gələn ilin ikinci yarısından etibarən görməyə başlayacağıq. Son olaraq buradan belə bir nəticəyə gələ bilərik ki, neft bazarında stabilləşmə və hasilatda artım yalnız gələn ilin ikinci yarısından etibarən mümükündür”.

Nərminə UMUDLU
pia.az


Etiket: OPEK Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Danışılmış oyunlarda iştirak edən 4 nəfərə ömürlük qadağa

Ən çox oxunanalar