Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar Prezidentə nə deyə bilərdilər?…”

“Mənim də haqqımı versinlər də, 76 yaşım var”

PİA.az Əməkdar incəsənət xadimi, Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun “AzPolitika.info”-ya müsahibəsini təqdim edir:

- Şeyx, son zamanlar televiziya kanallarında görünmürsünüz. Buna səbəb nədir, dəvət olunmursunuz, yoxsa sizə qarşı qadağa var?

– Bəziləri deyirlər ki, səhər-axşam televiziyadasan, bəziləri deyirlər ki, sizi televiziya kanallarında görmürük. Görünür mənim olduğum verilişləri elə vaxta salırlar ki, heç kəs baxmır.

İkinci səbəbi də konkret sizə deyim: mən yalan danışmıram, haqqı nahaqqa vermirəm. Dəxli yoxdur, televiziya verilişində olsun, işdə olsun və ya küçədə olsun. Bunun da təsiri var.

- Amma 2019-un Nəsimi İli elan olunduğunu nəzərə alsaq, sizin diqqət mərkəzində olmamağınız suallar yaradır…

– Sizinlə söhbətdən sonra Pedaqoji Universitetə gedəcəyəm. Orada Nəsimi İli ilə əlaqəli tədbir keçiriləcək. Xahiş etmişəm ki, Rasim Balayev də gəlsin. İndi bu mövzuda bilən də, bilməyən də danışır. Hamı keçib dələduzluğa, gündəmdə qalsın deyə danışmağa. Prezidentin sərəncamı var, Nəsimi mövzusu aktualdır. Sağ olsun Prezidenti. İndi hamı özünü kadrın qarşısına atır, mövzunu bilib-bilməməsinin isə fərqi yoxdur.

Mən sonuncu dəfə televiziyada dedim ki, sizdən xahiş edirəm, onsuz da hər şeyin alverini bacarırsınız, amma milli-mənəvi dəyərlərimiz, elmimiz və fəlsəfəmiz haqqında öyrənin, sonra danışın. Dünya, sivilizasiya bizdən başlayıb. Bunu faktlarla sübut edərəm. Cəmi-cümlətanı 4-5 qədim millət var ki, biri də bizik. Bu faktları deyən, danışan mənəm, amma mən qalmışam bir kənarda, filan professoru, müəllimi çıxarıb danışdırırlar. İndi də təzə “rütbə” çıxıb – nə üzrəsə fəlsəfə doktoru. Bu nə deyən şeydir, anlamıram. Bir sözlə, televiziya proqramlarının “xodovoy” saatlarına məni dəvət etmirlər, istəmirlər və ola bilsin ki, ehtiyat edirlər. Heç dövlət tədbirlərinə də məni dəvət etmirlər. Təsəvvür edin ki, mənim sahəmlə bağla son bir ayda onlarla tədbirlər olub, ancaq bu tədbirlərdə dəxili olmayan şəxslər iştirak edib. Halbuki, mən orada xaricilərlə danışar, ortaya faktlar və dəlil qoyardım. Ancaq elə adamlar gəlirlər ki… gəlirlər foto çəkdirməyə. İndi təzə dəb düşüb, hamı qaçır Prezidentlə foto çəkdirməyə. Yerindən duran, işini bilib-bilməyən, hamı əlinə bir telefon alıb qaçır Prezidentin üstünə. Prezident də mədəni insandır, yəqin imtina edə bilmir. O günü məhəllədə qonşum deyir ki, Prezidentlə foto çəkdirdim. Dedim əcəb elədin, sağ ol! Belə şeylər məncə, nizamlanmalı, ölçü-biçi olmalı, lazımlı və dəyərli insanlar, sözü olacaq şəxslərlə belə şeyləri təşkil etmək lazımdır. “Ştatnı” adamlar var. Elə adamlar gəlib mədəniyyətin, kinonun, elmin adından danışır ki, dəxili yoxdur. Amma onlar ştatdadırlar. Bilmirəm, bunu necə həll ediblər.

- Sizin ev probleminiz həllini tapdımı?

– Təsəvvür edin ki, Prezident mənə ev verib, amma pulumu ala bilmirəm ki, evi təmir edib köçüm içinə. Prezidentin verdiyi ev də ağzı bağlı qalıb orada. Qəribəsi odur ki, mənim indi birtəhər yaşadığım evimlə bağlı 3 məhkəmə qərarı var, amma bu qərarlar icra olunmur. Beləcə, mən də bu dövlətin mənə verməli olduğu pulu ala bilmirəm.

- Deyirsiniz ki, sizi dövlət tədbirlərinə dəvət etmirlər. Bəlkə problem Mədəniyyət Nazirliyindədir?…

– Yox. Mədəniyyət naziri ilə münasibətim yüksək səviyyədədir. Son 6 ayda mənə münasibət, adla və evlə bağlı problemləri yoluna qoyan Əbülfəs Qarayev oldu. Mənə çox diqqət ayırdı. Amma onun da gücü çatan və çatmayan işlər var. Nazirliyin adından məktub göndərir, sonra da zəng edib xahiş edir. Mən ondan razıyam. Təsəvvür edin ki, elə adamlar var mənə salam verməyi, mənim filmimdə epizodda rol almağı özlərinə şərəf hesab ediblər. Mənim də haqqımı versinlər də, 76 yaşım var.

- Sonuncu dəfə Prezidentlə mədəniyyət xadimlərinin görüşünə niyə sizi dəvət etməmişdilər?

– Bilmirəm. Kino sahəsindən Prezidentlə görüşə dəvət edilənlərin bəzilərinin kimliyini bilmirəm. Onlar bu sahə ilə bağlı Prezidentə nə deyə bilərdilər? Prezidentlə görüş gözəl bir şans idi. Konkret olaraq biz Azərbaycan kino mədəniyyəti ilə bağlı ortaya faktlar qoyub söhbət edəcəkdik. Prezidentin də kino və mədəniyyətə simpatiyası var. Mən hələ də başa düşmürəm, onların kinoya nə aidiyyəti vardı, kinonun sahibləri burada durublar. Milli mənsubiyyətləri, danışıqları, yazıları ilə bizə yad və yabançı insanlardır. Nə olsun, mən danışıram və yerimi daha da pis edirəm.

Vaqif NƏSİBOV
AzPolitika.info

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar