Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Onlar hələ ki, cinayətkar deyil, cinayətdə şübhəli şəxdirlər” - Deputat

Həbsdə olan məmurlar hansı səbəbdən cinayət işləri ilə bağlı mətbuata məlumat verilməsini istəmirlər?

Elman Nəsirov: “Yalnız məhkəmənin qəbul etdiyi qərardan sonra həbs edilən məmurlar haqqında cəza tədbirləri həyata keçiriləcək və onların törətdikləri cinayətlər öz təsdiqini atpacaq”.

“Onların şübhəli şəxs kimi necə saxlanılması və hansı əməllərinə görə saxlanılması geniş ictimaiyyətə bildirildisə, haqlarında hansı hökmün çıxarılması da ictimaiyyətə detalları ilə təqdim ediləcək. Bundan şübhəniz olmasın”.

Bu sözləri millət vəkili Elman Nəsirov hazırda həbsdə olan məmurların cinayət işi ilə bağlı bütün gedişatı gizli saxlamaq istəklərini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, hazırda həbsdə olan məmurların vəkillərindən əsas tələbi mümkün olduğu qədər cinayət işi ilə bağlı bütün gedişatı gizli saxlamaqdır.

Xatırladaq ki, hazırda həbsdə olan sabiq 6 icra başçısı var. Onlar Ağstafanın başçısı olmuş Nizaməddin Quliyev, Yevlağın başçısı Qoca Səmədov, Neftçalanın başçısı İsmayıl Vəliyev, Biləsuvarın başçısı Mahir Quliyev, İmişlinin başçısı Vilyam Hacıyev və Kürdəmirin başçısı Ceyhun Cəfərovdur.

Sabiq başçılardan əlavə mədəniyyət nazirinin müavini və nazirliyin digər vəzifəli şəxsləri, Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri də “məmur əməliyyatları” zamanı həbs ediliblər.

Sabiq başçıları və digər məmurları müdafiə edən vəkillər arasında bir çox qalmaqallı və səs-küylü proseslərdən tanınan vəkillər- Kamandar Nəsibov, Adəm Məmmədov, Ceyhun Yusifov, Bəylər Məmişov da var.

Ən səs-küylü həbs olaraq dəyərləndirilən, sabiq baş prokuror, sabiq səfir Eldar Həsənovun vəkilinin Adil İsmayılov da müdafiə etdiyi şəxsin cinayət işi ilə bağlı açıqlama verməyəciyini vurğulayıb. Adil İsmayılov mətbuata açıqlamasında bildirib ki, müdafiə etdiyi şəxs mediaya geniş açıqlama verilməsini istəmir. Lakin buna baxmayaraq Adil İsmayılov öz feysbuk səhifəsində işin gedişatı ilə bağlı müəyyən məlumatlar paylaşmağa çalışır.

Həbsdə olan məmurlar əməlləri, törətdikləri cinayətin təfərrüatları tam olaraq ictimailəşsə, daha böyük ictimai qınaqla üzləşəcəklərindən və cəzalarının daha da ağırlaşmalarından qorxurlar, yoxsa başqa səbəbləri var?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirov ilə müzakirə edib.

Elman Nəsirov: “Hər kəs öz törətdiyi cinayət əməlinə görə cəzasını alır və heç kəs cəzadan kənarda qala bilməz”.

Yalnız məhkəmənin qəbul etdiyi qərardan sonra həbs edilən məmurların cinayətkar hesab olunacağını vurğulayan millət vəkili əlavə PİA.az-a açıqlamasında əlavə edib ki, onların həbs edilməsi ilə ittihamlar açıq olsa da, hüquqi cəhətdən bu məmurları sinayətkar hesab etmək doğru olmaz. Bu əslində istintaqın işinə müdaxilə kimi dəyərləndirilməlidir:

“Bu xəbəri sizdən eşidirəm. Belə bir xəbər olsa da belə, birmənalı olaraq söyləmək olar ki, Azərbaycan hüquqi dövlət olduğundan qanun aliliyi işləyir. Hər kəs öz törətdiyi cinayət əməlinə görə cəzasını alır və heç kəs cəzadan kənarda qala bilməz.

Bildiyimiz kimi həbs edilən məmurların işi ilə bağlı istintaq gedir və istintaqın işinə müdaxilə etmək olmaz. Amma həqiqət ondan ibarətdir ki, həbs edilən məmurların hansı cinayətlər törətdikləri geniş şəkildə cəmiyyətə çatdırıldı. Bu cinayətlər əsasən rüşvət və korrupsiya hallarıdır. Eyni zamanda bu cinayətlərə vəzifə hallarından sui-istifadə halları, iri həcmdə dövlət əmlakının mənimsənilməsi faktları daxildir. Bu faktlar üzrə də cinayət işi açılıb və onlar şübhəli şəxs kimi saxlanılıblar.

Yalnız məhkəmənin qəbul etdiyi qərardan sonra həbs edilən məmurlar haqqında cəza tədbirləri həyata keçiriləcək və onların törətdikləri cinayətlər öz təsdiqini atpacaq. Bunu görə də ilkin heç nə demək olmaz. Amma bir daha qeydə edim ki, onların şübhəli şəxs kimi necə saxlanılması və hansı əməllərinə görə saxlanılması geniş ictimaiyyətə bildirildisə, haqlarında hansı hökmün çıxarılması da ictimaiyyətə detalları ilə təqdim ediləcək. Bundan şübhəniz olmasın”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar