Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Onlar da Paşinyana qarşı çıxdı: Ermənistanda gərginlik

Dağlıq Qarabağ Respublikasının” (“DQR”) keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyan Ermənistanın Baş naziri Nikol Paşinyanın iddialarına cavab verib.

PİA.az xəbər verir ki, Nikol Paşinyan bir neçə gün əvvəl bəyan etmişdi ki, “DQR”in hazırki “prezidenti” Araik Arutyunyan ona zəng vuraraq müharibənin dayandırılmasının zərurət olduğunu bildirib. Baş nazir əlavə edib ki, Arutyunyan bunu həm də Ermənistanın və “DQR”in keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Bako Saakyan və Arkadi Qukasyanın adından deyib.

Bako Saakyan və Arkadi Qukasyanın buna cavab olaraq yaydığı bəyanatı təqdim edirik:

“Müharibənin əvvəlindən Qarabağın hazırki rəhbəri Araik Arutyunla mütəmadi əlaqə saxladığımızı, onunla müharibənin gedişini, sülh danışıqlarının bərpa etmək imkanlarını və digər məsələləri müzakirə etdiyimi bəyan edirik.

Döyüş əməliyyatlarından sonra müharibədə iştirak edən hərbi vəzifəlilər, komandirlər, döyüşçülərlə çoxsaylı görüşlə və məsələhətləşmələrdən sonra bu qənaətə gəldik ki, dərhal atəşkəs üçün addımlar atılması zərurətə çevrilib.

Oktyabrın 19-da Araik Arutyunyan müharibənin dayandırılması və Minsk Qrupu çərçivəsində danışıqlar prosesinin bərpası ilə bağlı həmsədr ölkələrin prezidentlərinə və Ermənistanın Baş nazirinə məktub ünvanladı. Ancaq Paşinyan, Azərbaycanın siyasəti nəticəsində situasiyanın gərginləşməsi fonunda bu məktublar əhəmiyyətini itirib. Həqiqət bundan ibarətdir.

Ermənistan Baş nazirinin gerçəkliyə uyğun olmayan qeydlərinə gəlincə, lazımsız spekulyasiyalardan və əsassız müzakirələrdən çəkinmək üçün bu anda onlara toxunmamağı məqsədəuyğun hesab edirik”. (Yenisabah.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar