Bazar ertəsi, 23 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Ona qalsa sosial müavinətlər də ələbaxımlılıq yaradır” – Baş nazirin müavininə irad

Deputat: “Əli müəllimin arqumenti hesablamalara, büdcənin vəziyyətinə və ölkənin inkişaf strategiyasına görə məqsədəuyğun sayılmır”

“Mən hesab edirəm ki, vətəndaşların “uşaq pulu”na çox ehtiyacı var. Hər halda bu istiqamətdə düşünüb müzakirələr aparmaq faydalıdır”.

Bu sözləri Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa uşaq pulu və ələbaxımlılıqla bağlı Baş nazirin mavini Əli Əhmədovun bəyanatını PİA.az-a şərh edərkən bildirib.

Baş nazirin müavini, YAP sədrinin müavini və İcra katibi Əli Əhmədovun “uşaq pulu” ilə bağlı son açıqlamaları bir çoxlarının etirazına səbəb olub.

Qeyd edək ki, Əli Əhmədov ötən həftənin sonunda jurnalistlərə açıqlamasında aztəminatlı ailələlərə yardım göstərilməsinin müxtəlif formalarla həyata keçirildiyinə diqqət çəkib və vurğulayıb ki, bura ünvanlı sosial yardımın, eləcə də müxtəlif müavinətlərin verilməsi aiddir. Həmçinin Baş nazirin müavini onu da qeyd edib ki, çalışmaq lazımdır ailələri ələbaxımlığa, ancaq dövlət tərəfindən verilən yardımlar hesabına dolanmaq vərdişinə alışdırmayaq.

Xatırladaq ki, son zamanlar Azərbaycan demoqrafik problem çox ciddi çəkildə ortaya çıxıb və doğum sayı azalmaqda davam edir. Bu səbəbdən uşaq pulunun aztəminatlı ailərə yardımdan daha çox demoqrafik problemin həllində həvəsləndirici faktor kimi dəyərləndirməyə ehtiyac var. Bir çox inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə hökümətlər uşaq pulunu məhz bu məqsədlə verirlər.

İndiki zamanda bir çox iri dövlətlərin əsas sosial proqramlarından birinə çevrilən “uşaq pulu” məsələsinin Azərbaycanda hökümət üzvü tərəfindən “ələbaxımlılıq” kimi dəyərləndirilməsi nədən xəbər verir?

PİA.az-ın əməkdaşı bu sualla Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafaya müraciət edib.

Fazil Mustafa: “Milli Məclisin, qanunvericilik orqanları təmsilçilərinin də öz arqumentləri və mövqeləri var”.

“Mənim fikrimcə, uşaq pulu verilməlidir. Hökumətin üzvünün mövqeyi, yəqin ki, hökumətin apardığı hesablamalarla müəyyən olunur. Mən hesab etmirəm ki, uşaq pulu Azərbaycan vətəndaşını ələ baxıçlığa öyrətsin üçün, insanlarımız üçün problem yaratsın. Ona qalsa, sosial müavinət də ələbaxımlılıq yaradır. Bu baxımdan mən Əli Əhmədovun irəli sürdüyü arqumenti qəbul etmirəm.

Uşaq pulunun verilməsini əsaslandıran amillər var. Hər hökumətin öz arqumentləri olur. Hələ ki, Azərbaycan hökümətinin tam və qəti mövqeyi ortaya qoyulmayıb və bilmirəm ki, Əli Əhmədovun son açıqlamalrı birbaşa Azərbaycan hökümətinin mövqeyidir, yoxsa onun özünün.

Təbii ki, Milli Məclisin, qanunvericilik orqanları təmsilçilərinin də öz arqumentləri və mövqeləri var. Bizə görə Əli müəllimin arqumenti hesablamalara, büdcənin vəziyyətinə və ölkənin inkişaf strategiyasına görə məqsədəuyğun sayılmır.

Mən hesab edirəm ki, vətəndaşların “uşaq pulu”na çox ehtiyacı var. Hər halda bu istiqamətdə düşünüb müzakirələr aparmaq faydalıdır.

Əli Əhmədovun açıqlamasına görə bu məsələyə nöqtə qoymaq olmaz. Bu məsələ hələ müzakirə olunmalıdır. Çünki əgər cəmiyyət bunu tələb edirsə, deməli, müəyyən məsələlərin gələcəkdə müzakirə olunması istisna deyil. Hər halda mən inanıram ki, bu məsələ öz həllini tapacaq”.

Nərminə UMUDLU
pia.az


Şərh yazın.

loading...