Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Omikron” xaricdən sifariş edilən bağlamalarla yayılır?

Çin hökuməti yerli sakinlərə koronavirusun “Omikron” ştamının yayılması risklərini azaltmaq üçün xaricdən məhsul sifariş etməyi dayandırmağı tövsiyə edib.

Bu barədə Pekinin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Ölkə hökumətinin açıqlamasına görə, ola bilsin ki, koronavirusun yeni variantı Kanadadan gələn məktubla Pekinə çatıb.

Xarici poçtdan imtina edə bilməyənlər üçün səhiyyə orqanı bir neçə göstərişə əməl etməyi tövsiyə edib: bağlamaları evdən kənarda maska ​​və əlcəklə açmaq lazımdır, “Omikron” infeksiyası riski yüksək olan ölkələrdən gələn əşyaları antiseptiklə təmizləmək lazımdır.

Həmçinin, Çin səlahiyyətliləri yeni növ koronavirusun bağlamalar vasitəsilə ölkəyə daxil ola biləcəyindən qorxurlar, çünki “Omikron”la ilk yoluxma halı xarici məktubla əlaqəli olub. Pekin sakini Kanadadan məktublar alıb və koronavirusa yoluxub, sonradan bu məktubda virus aşkar edilib.

Çatdırılma zamanı məktub ABŞ və Honkonqa səfər etməyi də bacarıb. Onunla təmasda olan bütün poçt işçiləri karantinə göndərilib. Həmçinin xəstənin bütün ailəsi, kuryer və 60-dan çox insan təcrid edilməli olub.(oxu)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar