Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa Şurası tərəfindən keçirilən onlayn tədbirdə iştirak edib.

Ombudsman Aparatından bildirilib ki, Avropa Şurasının rəsmiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirak etdiyi tədbirin əsas məqsədi ayrı-seçkiliklə mübarizə sahəsində Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinə dair müzakirələrin keçirilməsi olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsinin, ictimai nəzarətin səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasının vacibliyini vurğulayıb.

Ombudsman təsisatının əhali ilə dövlət qurumları arasında körpü rolunu oynadığını qeyd edən Ombudsman bu funksiyanın səmərəli şəkildə həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, dünya təcrübəsində vətəndaş cəmiyyəti institutlarının Milli İnsan Hüquqları İnstitutlarının yaxın tərəfdaşı hesab olunduğunu və bu tərəfdaşlığın beynəlxalq və regional qurumlar tərəfindən dəstəkləndiyini iştirakçıların diqqətinə çatdırıb.

Müvəkkil Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini, Ombudsmanın bərabərlik hüququnun təmini, o cümlədən, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Ombudsman təsisatı ölkəmizdə fəaliyyət göstərən Milli İnsan Hüquqları İnstitutu qismində BMT-nin müqavilə qurumları ilə, o cümlədən BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi Komitəsi ilə əməkdaşlıq edir. Bu il Müvəkkilin BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyasının ölkəmizdə icrası ilə bağlı növbəti əlavə hesabatı sözügedən Komitəyə təqdim olunub.

Cəmiyyətdə hüquq bərabərliyinin və bərabər imkanların təmin olunması məqsədi ilə ayrı-seçkiliklə mübarizədə dövlət qurumları, müstəqil insan hüquqları institutları və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayan S.Əliyeva ölkə Ombudsmanı olaraq hər zaman bu istiqamətdəki fəaliyyətləri dəstəkləməyə hazır olduğunu bildirib.

Daha sonra Ombudsman tədbirdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandırıb.(report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar