Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Səbinə Əliyeva saxlanılan erməni diversantlara baş çəkib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının təmini vəziyyətinin araşdırılması məqsədilə başçəkmələr davam etdirilir. Ombudsman Səbinə Əliyeva tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həyata keçirilib.

Ombudsman Aparatından verilən xəbərə görə, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunan başçəkmə zamanı müəssisədə saxlanma şəraiti və rəftar məsələləri araşdırılıb.

Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir sıra şəxslər konfidensial qaydada qəbul olunub. Onlarla söhbət zamanı saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti yoxlanılıb. Saxlanılan şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, habelə ərizələri qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib.

Başçəkmə çərçivəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan, Ermənistandan olan təqsirləndirilən şəxslərlə də konfidensial qaydada görüş keçirilib. Başçəkmə zamanı qəbul edilmiş şəxslər müəssisədə saxlanma şəraitindən, rəftardan, qidadan və tibbi xidmətdən şikayət etməyiblər.

Sonda müəssisənin rəhbərliyinə və əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbət aparılıb və müvafiq tövsiyələr verilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar