Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb

Ombudsman Aparatında Azərbaycanda səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə Komissiyasının rəhbəri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Report" xəbər verir ki, görüş zamanı Ombudsman Səbinə Əliyeva qonaqları salamlayaraq, iki ölkə arasında inkişaf edən qarşılıqlı əlaqələrdən, həmçinin bu yaxınlarda baş tutmuş Bolqarıstan səfərindən bəhs edib.

Tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun insan hüquq və azadlıqlarının təmini istiqamətində əlaqələrin dərinləşməsinə töhfə verəcəyi bildirilib.

Görüşdə Azərbaycan Ombudsman təsisatının fəaliyyət istiqamətləri, yeni yaradılmış struktur bölmələri barədə qonaqlara ətraflı məlumat verilib.

Bununla yanaşı, Ombudsman Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilmiş beynəlxalq humanitar hüquq pozuntuları, habelə beynəlxalq ictimaiyyətin bu faktlar barədə məlumatlandırılması məqsədilə təsisatın həyata keçirdiyi araşdırma fəaliyyəti barədə ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, müharibə dövründə 7, daha sonra isə 3 faktaraşdırıcı missiya həyata keçirilib, nəticələrlə bağlı hesabatlar hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara ünvanlanıb.

A.Cumaliyeva Azərbaycan Ombudsmanına təşəkkürünü bildirərək, ölkələr arasında inkişaf edən əlaqələrdən danışıb. O, həmçinin iki təsisat arasında qarşılıqlı təcrübə mübadiləsi aparılması barədə fikirlərini bölüşüb, ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyəti ilə bağlı məlumat verib.

Qeyd edək ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi, AğdamTərtərdə insan hüquqlarının pozulması faktlarının yerində araşdırılması nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar