Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ombudsman 4 saylı cəzaçəkmə müəssisəsində tədbir keçirib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir sıra tədbirlər təşkil edib...

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yetkinlik yaşına çatmayanlar üçün Tərbiyə müəssisəsində və qadın məhkumların cəza çəkdikləri 4 saylı müəssisədə tədbirlər təşkil edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə Ombudsman Tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib, maarifləndirici söhbətlər apararaq müvafiq tövsiyələrini verib.

Məhkum uşaqlara bayram sovqatı paylanıldıqdan sonra həmin müəssisənin bir sıra obyektlərinə, o cümlədən yaşayış sahəsinə, tibb-sanitar hissəsinə, sinif otaqlarına, kitabxanaya baxış keçirilib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

Daha sonra qadın məhkumlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində görüş keçirilib və bayram tədbiri davam etdirilib.

Müvəkkil diqqətə çatdırıb ki, bu günə qədər ölkədə 11 amnistiya aktı qəbul edilib, 65 əfv sərəncamı imzalanıb, nəticədə on minlərlə insan azadlığa qovuşub.

Onun sözlərinə görə, təsisatın fəaliyyət göstərdiyi müddət ərzində Müvəkkilin vəsatətləri üzrə ümumilikdə 700-dək məhkum, o cümlədən qadınlar, yetkinlik yaşına çatmayanlar, ahıllar və digər məhkumlar əfv edilərək azadlığa buraxılıb. Müvəkkil qanun pozuntularına bir daha yol verilməməsinin vacibliyini qadın məhkumların diqqətinə çatdırıb, onlara sağlam həyat tərzinə qayıtmağı, faydalı əməklə məşğul olmağı tövsiyə edib.

Tədbir çərçivəsində Müvəkkil müəssisənin bir sıra obyektlərinə, o cümlədən istehsal sahələrinə, gəzinti yerlərinə, kitabxanaya, kluba və digər yerlərə baxış keçirib, bəzi məhkumların müraciətlərini dinləyib, saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verib. Eyni zamanda, körpəsi olan məhkumlar üçün nəzərdə tutulmuş korpusa da baxış keçirilib, onların vəziyyəti diqqətdə saxlanılıb. Ombudsman tərəfindən həmin müəssisələrdəki məhkumlara, o cümlədən körpəsi olan məhkum analara sovqat və bayram hədiyyələri paylanılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar