Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölümü zabit şərəfinin zədələnməsindən üstün tutan Axromeyev

Qiyamçılara qoşulan marşalın uğursuz de-marşı

O həyatının 51 ilini hərbi xidmətə sərf edib, sıravi əsgərdən marşal rütbəsinə qədər gedən yol Bakıdan Uzaq Şərqə, Uzaq Şərqdən Moskvaya qədər uzanıb, 1941-1945-ci illərdə ən ağır döyüş bölgələrində xidmət edib. Əvvəl Moskvada hərbi-dəniz məktəbini bitirib, sonra Frunze adına Hərbi Akademiyada ali təhsil alıb. Müasirlərinin xatirələrində marşal Sergey Axromeyev təmiz, vicdanlı, heç bir qalmaqallı hadisədə adı hallanmayan və son dərəcə peşəsinə bağlı olan peşəkar, məsuliyyətli hərbçi kimi xarakterizə olunub.

Axromeyev 1923-cü ildə Tambovun Vindrey kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağrılıb. Hərbi xidmətdə olarkən Axromeyev gələcək həyatını hərbə bağlamağa qərar verib. Orta və ali hərbi təhsil aldıqdan sonra zabit kimi xidmətə başlayıb.

Müharibə başlanan gündən sona çatana qədər Axromeyev ən ağır döyüş bölgələrində, Leninqrad, Stalinqrad, Ukrayna cəbhələrində xidmət edib. Müharibədən sonra o, Bakı hərbi dairəsinin 31-ci mexanikləşdirilmiş diviziyasında, Uzaq Şərq hərbi dairəsində, Primorskda və Belarusiya hərbi dairəsində xidmətini davam etdirib.

1974-cü ilin mart ayında Axromeyev Moskvaya dəvət olunub, SSRİ Silahlı Qüvvələrinin baş qərərgahında baş əməliyyat idarəsinə rəis təyin edilib. 1979-1984-cü illərdə baş qərərgah rəisinin müavini vəzivəsinə irəli çəkilib.

Axromeyevə 1984-cü ildə daha yüksək vəzifə, baş qərərgah rəisi, müdafiə nazirinin 1-ci müavini vəzifəsi həvalə edilib. Bu vəzifədə olarkən ordudakı neqativ hallarla bağlı bir neçə dəfə açıq və kəskin şəkildə sərt tənqidi çıxışları olub. Və sözsüz ki, 1-ci müavinin belə çıxışları həmin dövrdə müdafiə naziri olan Dmitri Yazovun xoşuna gəlməyib. 1988-ci ildə Axromeyev “könüllü” olaraq təqaüdə çıxıb.

1988-ci ilin dekabrında marşal Axromeyev SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin (Qorbaçovun), 1990-cı ildən isə SSRİ prezidentinin (yenə də Qorbaçovun) hərbi məsələlər üzrə müşaviri olub. Marşal Qorbaçovun siyasi fəaliyyətini “həzm” edə bilməyib. Hərbi məsələlərlə bağlı olan problemlərin həlli yollarını ona təklif edəndə Qorbaçov həmişə zəruri sayılacaq tədbirləri təxirə salıb. 1991-ci ilin iyun ayında Arxomeyev işdən azad olunması haqqında Qorbaçova rəsmi ərizə ilə müraciət edib. Qorbaçov rədd cavabı verərək Arxomeyevin ərizəsini qəbul etməyib.

Marşal Arxomeyev özünü 1991-ci il məlum “QKÇP” hadisələrinin könüllü qurbanı edib. 19 avqustda hadisələrlə bağlı ilk məlumatları əldə edən kimi, Soçidə ailəsi ilə birgə istirahətdə olan Arxomeyev təcili Moskvaya yollanıb, ilk olaraq vitse-prezident Yanaevlə, daha sonra isə digər üzvlərlə görüşüb, öz köməyini təklif edib. Əslində Arxomeyevi Soçidən heç kim çağırmayıb. O özü könüllü olaraq “QKÇP”-yə qoşulmaq qərarına gəlib.

Avqustun 22-də Arxomeyev Qorbaçova məktub ünvanlayıb. Məktubda bu fikirlər öz əksini tapıb:
“Məni Soçidən heç kim çağırmayıb. Mən könüllü olaraq “QKÇP”-nin üzvlərinə qoşulmuşam. Qeyd edim ki, hadisələrin ilk günündən bilirdim ki, “QKÇP” uğursuzluğa düçar olacaq. Buna baxmayaraq, onlara qoşulmağa qərar verdim. Hələ 1990-cı ildən hiss edirdim ki, ölkəmiz məhvə doğru yuvarlanır, elə bu gün də həmin fikirdəyəm. Mən məqam axtarırdım ki, bu haqda hamının eşidəcəyi bir bəyanat verim. “QKÇP” mənə bu imkanı verdi...”

Avqustun 23-də marşal öz bağında qalıb. 24-də səhər saatlarında işə gedib. Günorta sürücüsü ona zəng vuraraq nahar fasiləsi zamanı bir saatlıq icazə istəyib. Marşal sürücüyə icazə verib və deyib ki, işini görəndən sonra Kremlə qayıtmasın, birbaşa maşını qaraja aparsın. Və elə həmin günün axşamı saat 21-45-də Kremlin A korpusunun 19 nömrəli kabinetində növbətçi zabit tərəfindən Arxomeyevin marşal mundirində asılmış meyiti aşkarlanıb. Sonradan məlum olub ki, Arxomeyev işə mülki geyimdə gəlib. Kabinetə baxış zamanı Arxomeyevin bir neçə son kiçik qeydləri tapılıb:
“Mən özünü öldürmək üçün silah hazırlamaqda peşəkar deyiləm. Birinci cəhdim boşa çıxdı, kəndir qırıldı. İndi çalışacağam ki, ikinci cəhddə məqsədimə nail olum. Saat 10-00, Axromeyev...”

Bu qeydlərdən sonra Axromeyev hələ bir neçə saat sağ olub. Onun sürücüsü ilə telefon danışığı günorta saatlarında qeydə alınıb. Növbəti əlyazmasını marşal həyat yoldaşı və qızlarına ünvanlayıb:
“Mənim üçün həmişə vətəndaşlıq mövqeyim və hərbçi şərəfim birinci yerdə durub, siz həmişə ikinci planda olmusunuz. Bu gün isə siz mənim üçün hamıdan öndəsiniz. Həyatla vidalaşmağıma üzülməyin. Mən ömrümü şərəflə və vicdanla yaşamışam. Bir-birinizə dayaq olun...”

Digər bir qeyddə isə bu fikirlər öz əksini tapıb:
“Bütün həyatımı sərf etdiyim vətənimin məhv olduğunu, dağıdıldığını görəndə, mən yaşaya bilmirəm. Yaşım və vətən qarşısındakı xidmətlərim bu həyatdan getməyimə imkan verir. Mən sona qədər mübarizə apardım...”

Axromeyevin intiharı ilə bağlı onu başqaları tərəfindən intihara cəhd etmə versiyası səslənsə də bu öz təsdiqini tapmayıb.
Araşdırmaçıların qənaətinə görə, Axromeyevin intihar etməsinin əsas səbəbi o olub ki, o, marşal mundirində həbs olunmağını, hərbçi şərəfinin alçaldılmasını ağlına belə gətirə bilməyib. Çünki o, həbsin qaçılmaz olduğunu da dəqiq bilib.

68 yaşlı marşal sentyabrın 1-də Moskvada, Troekurovski qəbirstanlığında dəfn olunub. Dəfn gününün gecəsi Axromeyevin qəbri dağıdılıb, marşal mundiri əynindən çıxarılaraq oğurlanıb. Cinayətin kimlər tərəfindən törədildiyi isə naməlum qalıb...(musavat.com)

pia.az


Etiket: Axromeyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar