Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Olmaya, Putin Dağlıq Qarabağda Balayanın xahişini yerinə yetirib? - İlham İsmayıl yazır...

Rusiya-Ermənistan hərbi birləşmələrinin nəzarətində olan Qarabağ torpaqlarına hər gün nə qədər erməni gəldiyi barədə verilən məlumatlara baxanda, artıq narahatlıq deyil, gərginlik keçirməmək mümükün deyil. Bura hamı gəlir - evi olan, evini, əşyalarını itirən ermənilər geri qayıdır. Rus-erməni hərbi birləşmələri, Araikin komandası bu adamları Ağdərədən Xankəndinədək yerləşdirməklə məşğuldurlar. Asan deyil, çox çətin başa gəlir onlara, amma yenə edirlər. Bura yalnız bu yerlərdən qovulan bu yerlərin sahibləri gələ bilmir - Xocalının, Kərkicahanın, Şuşanın, Ağdərənin kəndlərinin əhalisi dönə bilmir. Heç onlara çıxıb deyən də yoxdur  ki, nə vaxt doğma yurdlarınıza dönəcəksiniz.  Gərginlik ona görə yaranmır ki, Qarabağ erməniləri geri qayıdır. Gərginlik həm də başqa məlumatlarla əlaqədardır.  

Fəaliyyətini çoxdan dayandırmış terror təşkilatı Erməni məxfi azadlıq ordusunun (ASALA) Hərbi Şurası adlanan tör-töküntüləri erməni kilsəsinin təşəbbüsü ilə Livanda yenə bir araya gəlib. Sonuncu dəfə 2015-ci ildə toplanmış hərbi şuranın hədəfi həmişə olduğu kimi Türkiyə yox, bu dəfə Dağlıq Qarabağ olub. Hələlik ermənilər arasında Qarabağda qalmaq və Rusiyanın protektaratlığını qəbul etmək üçün təbliğat aparmaq, Rusiya xüsusi xidmət orqanları ilə Qarabağda əlaqə yaratmaq və perspektivdə terror əməliyyatlarını həyata keçirmək üçün birgə fəaliyyət göstərə bilmək və sairəyə onları inandırmaqdır. Onsuz da xeyli müddətdir ki, Xankəndində Livandan ASALA-nın və erməni  kilsəsinin təbliğatı ilə köçmüş  xeyli  ermənilər yaşayır. Zamanında  Türkiyəni NATO üzvü kimi zəiflətmək məqsədilə müəyyən əməliyyatlar üçün Sovet İttifaqı tərəfindən maliyyələşmiş bu təşkilatla Rusiya xüsusi xidmət orqanlarının mümkün əlaqəsində təəccüblü heç nə yoxdur.

Ermənistanın başı bu gün özünə qarışıb, Qarabağ yadına da düşmür, daha doğrusu arxayındır ki, Rusiya onun əvəzinə nə lazımdırsa görür. Ermənilərin çox çəkindiyi  məsələ azərbaycanlıların geri qayıtmasıdır. Ermənilər sosial şəbəkədə yazırlar ki, Kərkicahan, Kosalar  Xankəndinin üst hissəsinə, Xocalı altına, Malıbəyli yanına yerləşsə mühasirəyə düşəcəklər. Çox təəssüf ki, bəzən bizim vətəndaşlar da belə bir sual verirlər: biz ermənilərlə necə birgə yaşayacağıq?  Birgə yaşamaqda bizim problemimiz yoxdur, erməninin problemi var. Biz öz torpağımızda yaşayacağıq, biz erməni kimi qətliam törətməmişik, cinayətkar deyilik, qoy erməni fikirləşsin ki, bizimlə necə yaşayacaq.
Rusiyanı tanıyan dünya açıq şəkildə bildirir ki, Kreml Qarabağdan çıxmayacaq, çünki  Azərbaycan torpağından “nə yoğurub, nə yapıb, hazır bir  kökə tapıb”.  Erməni də 1988-ci ildən məhz bu yerləri bizim nəzarətdən çıxarıb müstəqil etmək istəyirdi. Erməni arzusuna çatıbmı? Yadınızdadırsa 14 oktyabr 2013-cü ildə Zori Balayan Rusiya prezidenti Vladimir Putinə uzun bir məktub yazmışdı və bildirmişdi ki, “bir anlığa təsəvvür edə bilirsinizmi ki, Qarabağı Türkiyəyə verirsiniz?”.  Sonda da əlavə etmişdi ki, “gəlin  Qarabağa sahib çıxın”. Putin Balayanın xahişinə əməl edib? 
  
İndi vəlvələdən, ya zəlzələdən Rusiya Qarabağdadır, amma bu o demək deyil ki, biz camaatımızı bura köçürməməliyik, axı 10 noyabr bəyanatında açıq şəkildə qeyd edilib ki, qaçqınlar geri dönməlidir,  BMT Ali Komissarlığının nəzarəti ilə. Niyə 10 noyabr razılaşmasının bəndinə əməl etmirik? Qarabağ münaqişəsinin biryolluq həlli Azərbaycan vətəndaşlarının Xocalıya, Şuşanın, Ağdərənin kəndlərinə, Xankəndinə, Kərkicahana, Kosalara köçürülməsindən keçir! İlk növbədə bu yerlərə qaçqınlarımızı qaytarmalıyıq.

Putinin Humanitar reaksiya Fərmanından biz niyə yararlanıb Xocalını, Şuşanın, Ağdərənin  kəndlərini qurub yaratmırıq? Azərbaycanın rəsmən susması, qaçqınların nəzarət edə bilmədiyimiz yerlərə qayıtmasına heç sözdə belə cəhd etməməsi xalqda artıq narahatlıq yox, min bir yerə yozulan şübhələr yaradıb. 

Rusiyanın missiyası belə davam edərsə, zənn etməyək ki, beş il tamam olanda biz etiraz edəcəyik və Kreml də bizi ermənilərlə baş-başa buraxıb gedəcək. Yox. Bu beş ildə Rusiya Qarabağda ermənini siyasi-mənəvi, ideoloji, maddi cəhətdən gücləndirməklə məşğul olacaq. Demoqrafik problemi həll edib, saylarını reallıqdan da artıq etməyə çalışacaq. Sonra isə status müzakirəsinə başlayıb deyəcək ki, bunlar sayca çoxdurlar və yüksək status əldə etməlidirlər. Putinin beynəlxalq hüquqdan danışmasına çox da aludə olmayın. Abxaziya, Cənubi Osetiya, Krım, Donbas, Dnestryanı da beynəlxalq hüquqa əsasən, Gürcüstanın, Ukraynanın, Moldovanın ayrılmaz hissəsidir. Amma, Rusiya bildiyini edib oralarda. Ona görə də işimizi bilinməyən nəticələrə buraxa bilmərik.  Yeni ilin ilk günündən bölgədə bizim maraqlara cavab verən fəaliyyətə başlamalıyıq. Susmaq, reaksiya bildirməmək, perspektiv planı elan etməmək bəzən geridönməz pis nəticələrə səbəb ola bilər.

pia.az


Etiket: Rusiya Putin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar