Bazar ertəsi, 27 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Ölkəni tamamilə yeni bağlantı erasına hazırlayırıq

“Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev Azercell-in son yeniliklərindən danışıb...

"Azercell ilə rəqəmsal dünyanı yarat!"- yayın əvvəlində Azərbaycanın mobil rabitə bazarının lideri istifadəçilərə yeni nəsil fasiləsiz və super-sürətli bağlantını təmin edəcəyini vəd edərək, məhz bu şüarla öz brendinin transformasiyasının vacib mərhələsinə qədəm qoydu. Və artıq payızda bütün ölkədə ilk dəfə olaraq, Azercell Bakı sakinlərinə müasir telekommunikasiya aləmində yeni nəslin texnoloji həlli olan 5G şəbəkəsini əyani surətdə nümayiş etdirdi.

- Vahid müəllim, Azercell-in test rejimində tətbiq etdiyi 5G şəbəkəsinin üstünlüklərindən danışa bilərsinizmi? LTE-nin ardıcıl penetrasiyası ilə mobil rabitə bazarı növbəti nəsil bağlantıya zərurət duyurmu və ona hazırdırmı?

- 5G tamamilə yenilikçi, sərhədsiz bir platformadır ki, bu da müasir genişzolaqlı mobil rabitə xidmətlərini yaxşılaşdırmaqla yanaşı, həm də geniş çeşidli cihaz və xidmətləri dəstəkləmək, eləcə də təkmilləşdirilmiş məhsuldarlığa, səmərəliliyə və dəyərə malik olan yeni sahələri birləşdirmək üçün mobil şəbəkələri genişləndirəcək. Başqa sözlə desək, 5G sənayedə mürəkkəb istehsal proseslərini avtomatlaşdırmağa və istənilən biznes sahəsinin səmərəliliyini minimal risklərlə təmin etməyə imkan verən inqilabi texnologiyadır. Müasir 5G, pərakəndə satışdan təhsilə, nəqliyyatdan əyləncəyə və onlar arasındakı mövcud hər şeyə xidmət göstərən sahələrin geniş çeşidini transformasiya edir.

Simsiz texnologiyaların beşinci nəsli ildırım sürətli bağlantı, çox aşağı səviyyədə gecikmələr və eyni vaxt ərzində böyük miqdarda verilənləri transfer etmək imkanı vəd edir. Bu xüsusiyyətlər super yüksək dəqiqliyə malik videoları göndərmək və yükləmək, virtual reallıq və digər qabaqcıl tətbiqlərdən istifadə etmək imkanını təmin edəcək. Bundan əlavə, 5G-nin işə salınması çox aşağı enerji istehlakı ilə bağlantı sayının eyni vaxt ərzində artması (hər kvadrat kilometr üçün 1 milyona qədər) hesabına IoT texnologiyalarından (Əşyaların İnternetindən) geniş istifadə potensialını artıracaq.

Daimi tərəfdaşımız olan Ericsson şirkəti ilə birlikdə, biz ölkədə ilk dəfə olaraq Fəvvarələr Meydanında yerləşən xidmət mərkəzimizdə 5G şəbəkəsini sınaqdan keçirdik. Sınaq zamanı yükləmənin sürəti 1.1 Qbit/saniyəni keçdi. Dekabrın əvvəlində bütün Fəvvarələr meydanı ərazisini və Nizami küçəsinin bir hissəsini beşinci nəsil şəbəkə ilə əhatə edərək, Azercell, ədalətli olaraq, dünyada 5G-nin işə salınması çərçivəsində geniş pilot zonanı tam bağlantı ilə əhatə etməyə nail olan az sayda operatorlardan birinə çevrilə bildi.

- Bəs şirkətiniz kommersiya məqsədilə 5G-ni nə vaxt işə salmağı planlaşdırır?

- Layihənin test mərhələsində Azercell 5G xidmətlərini pulsuz təqdim edəcək və bütün ölkə üzrə xidmətin kommersiya məqsədilə işə salınmasına qədər 5G əsasında müxtəlif innovativ həllərin öyrənilməsi və sınaqdan keçirilməsi də daxil olmaqla, kompleks sınaq işlərini davam etdirəcək. 5G şəbəkəsinin pilot zonada işə salınması bizə mobil rabitə provayderi kimi, şirkətimizin abonentləri üçün ən səmərəli 5G tətbiqlərini araşdırmağa, sınaqdan keçirməyə və qiymətləndirməyə imkan verən dəyərli məlumatlar təqdim edəcək. 5G şəbəkəsinin gələcək inkişaf strategiyasını isə pilot layihənin nəticələrinə uyğun olaraq və bazarın beşinci nəsil şəbəkənin tətbiqinə hazır olub-olmaması ilə bağlı apardığımız araşdırmalar əsasında müəyyənləşdirəcəyik.

- İndiki mərhələdə Azercell şirkəti ölkənin regionlarında yüksəksürətli mobil internet şəbəkəsinin genişləndirilməsi üçün nə edir?

- Azercell Telekom-un növbəti nəsil innovasiya texnologiyalarının tətbiqi ilə yanaşı, şirkətimiz 4G şəbəkəsinin bütün ölkə üzrə genişləndirilməsinə sərmayə yatırmaqda davam edir. Məqsədimiz yüksəksürətli və fasiləsiz mobil internetin bütün sahələr üzrə təqdim olunmasından və həm paytaxt, həm də regionlar üçün bərabər inkişaf imkanlarının təmin edilməsindən ibarətdir. Məsələn, Azercell 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin əhatəsini 364% genişləndirdi. Hazırda ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olub. Həmçinin, bir il ərzində LTE şəbəkəsi üzərindən data istifadəsində 256% yüksəliş qeyd olunub. Son bir ildə Azercell-in 1129 yeni LTE stansıyası quraşdırılıb. Azercell şəbəkəsində 4G/LTE trafiki ümumi data trafikin 46%-ni təşkil edir ki, bu da ötən ilin muvafiq dövrü ilə müqayisədə 26% artım deməkdir.

Şübhəsiz ki, daha bir vacib amil böyük şəhərlərdən kənarda yaşayan əhali arasında çoxfunksiyalı smartfonlardan istifadənin genişləndirilməsindən ibarətdir və bu məqsədlə biz pulsuz yarımillik və ya illik İnternet paketi olan mobil cihazların satışı üzrə müxtəlif sərfəli kampaniyaları işə salırıq. Çünki yekun məqsədimiz əhalinin müxtəlif təbəqələrini qabaqcıl texnologiyalarla əhatə etməkdir ki, bu da cəmiyyətimizin inkişafına ümumilikdə töhfə vermək deməkdir.

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Azercell

Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay