Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkəmizin elmi inkişafının durğunluq içində olmasının günahkarı... - AMEA yoxsa, hökumət?

Ölkəmizin elmi inkişafının durğunluq içində olması və bu sahədə inkişafın sıfırın altına düşməsi təkcə AMEA-ya bağlıdırmı, yoxsa hökumət buna görə birbaşa məsuliyyət daşıyır?..

Təhsil eksperti: “Son illər ərzində AMEA-nın bəzi institutları istənilən fəaliyyəti ortaya qoya bilmir”

“Bundan sonra AMEA-nın dövlət büdcəsindən maliyyələşməsi dayandırılmalı, Publik hüquqi şəxsə çevrilməli və göstərdiyi xidmətlərə görə gəlir əldə etməlidir”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov son zamanlarda AMEA haqqında səsləndirilən fikirləri və Azərbaycan elminin hazırkı vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Belə bir iddialar səsləndirilir ki, AMEA müstəqillik illərindəki fəaliyyəti Azərbaycanda elmə töhvə verməyib və bu qurumun fəaliyyəıti sadəcə plagiatlar üzərində formalaşıb. Qeyd edək ki, Azərbaycandan beyin axını da çox böyük faiz təşkil edi və bu tendensiya Azərbaycan hökümətini o qədərdə narahat eləmir. Hər halda büdcə paketində elmə ayrılan maliyyə vəsaiti də bunu sübut edir.

Xatırladaq ki, bir müddət əvvəl Akif Əlizadə səhhəti ilə əlaqədar AMEA prezidenti vəzifəsindən istefa verdi. Akademik Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsinə namizədliyi isə Akif Əlizadə tərəfindən irəli sürüldü. Bu təyinat AMEA-nın fəaliyyətində və Azərbaycanda elmin inkişafənda köklü dəyişiklərə səbəb ola bilərmi? Ümumiyyətlə ölkəmizin elmi inkişafının durğunluq içində olması və bu sahədə inkişafın sıfırın altına düşməsi təkcə AMEA-ya bağlıdırmı, yoxsa hökumət buna görə birbaşa məsuliyyət daşıyır?

Mövzunu PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədovla müzakirə edib.

Kamran Əsədov: “Ramiz Mehdiyevin AMEA-ya prezident təyin olunması buranın inkişafına, neqativlərin aradan qalxmasına təkan verəcək”.

Universitetlərlə AMEA arasında elmi əməkdaşlığın çox aşağı səviyyədə olduğunu vurğulayan təhsil eksperti PİA.az-a açıqlamasında əlavə edib ki, ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu ölkənin sosial-iqtisadi inkişafında AMEA-nın rolunu və ciddi fəaliyyətini də görə bilmirik:

“İlk növbədə qeyd edim ki, XX əsrin 40-cı illərində müstəqil Azərbaycan Milli Elmlər Akademiyası tarixi zərurətdən yaranmış, ölkəmizin və xalqımızın inkişafında mühüm rol oynamışdır. Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, milli ziyalılığın və ictimai fikrin formalaşdırılması və daha da möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var.

Tarixə nəzər salıb deyə bilərəm ki, Azərbaycan Milli Elmlər Akademiyası ölkədə elm, təhsil, iqtisadiyyat və digər sahələrdə mühüm rola malik olub.

Amma son illər ərzində AMEA-nın bəzi institutları istənilən fəaliyyəti ortaya qoya bilmir. Bu gün AMEA-nın tərkibinə nəzər salanda görürük ki, gənlərin bura cəlb olunmasında, onların elmi tədqiqat işlərinin həyata keçrilməsində ciddi problemlər var. Məhz bu institut rəhbərliklərinin gənc alimlərə qarşı apardıqları fəaliyyət AMEA-nın nüfuzuna xələl gətirir.

Hal hazırda ölkə başçısı tərəfindən AMEA əməkdaşlarının mənzil şəraiti yaxşılaşdırılıb. Onların sial müdafiəsi sahəsində böyük işlər görülüb.

Kamran Əsədov: “Bu gün AMEA dövlət büdcəsindən ən çox vəsait alan qurumlardan ilk sıralarda yer alır”.

Qeyd edim ki, böyük uğurlarla yanaşı AMEA-nın fəaliyyətində müəyyən çatışmazlıqlar da var ki, bu da onların nüfuzuna xələl gətirir.

Qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının elmi və elmi-texniki siyasətini həyata keçirən ali dövlət orqanıdır. Akademiya Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir və istiqamətləndirir, respublikada elmin inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai və humanitar elmlər sahəsində fundamental və tətbiqi tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin sosial-iqtisadi inkişafını sürətləndirməkdir. Lakin qeyd etdiyim fəaliyyəti biz yüksəkl səviyyədə görə bilmirik. Universitetlərlə AMEA arasında elmi əməkdaşlıq çox aşağı səviyyədədir.

Ölkə başçısı tərəfindən həyata keçirilən uğurlu ölkənin sosial-iqtisadi inkişafında AMEA-nın rolunu və ciddi fəaliyyətini görə bilmirik.

Düzdür, 73 il fəaliyyəti ərzində Akademiyada əldə edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar, hazırlanmış yüksək ixtisaslı kadrlar bu gün müstəqil Azərbaycan Respublikasının demokratik və hüquqi dövlət kimi formalaşmasında həlledici rol oynayıb. Lakin bu fəaliyyət son dövrlərdə yerli xarakter alıb. Beynəlxalq nüfuzlu jurnalalarda, tədqiqat dərgilərində AMEA əməkdaşlarının məqalələrinə az rast gəlinir.

Bu gün AMEA dövlət büdcəsindən ən çox vəsait alan qurumlardan ilk sıralarda yer alır. Hazırda Azərbaycan Milli Elmlər Akdemiyasında 10300-dən yuxarı əməkdaş, o cümlədən 5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər doktoru, 2000-dən yuxarı elmlər namizədi çalışır. Akademiyanın 60 həqiqi üzvü və 107 müxbir üzvü var. Onlar Akademiyanın və başqa qurumların elmi-tədqiqat strukturunda fəaliyyət göstərirlər. Lakin onların fəaliyəti istər dünya miqyasında, istərsə də yerli əmək bazarında çox az hiss olunur.

Kamran Əsədov: “Alimlərimiz son illər qiymətli nəticələr əldə edərək, dünya elminə də böyük töhfələr veriblər. Amma onların sayı mövcud potensialdan və imkanlardan dəfələrlə azdır”.

Hesab edirəm ki, Akademiyanın fəaliyyətini tənzimləyən normativ sənədlərdə əhəmiyyətli dəyişikliklər edilməlidir. Akademiyanın nizamnaməsi yenidən işlənib hazırlanmalıdır. Bundan sonra AMEA-nın dövlət büdcəsindən maliyələşməsi dayandırılmalı, Publik hüquqi şəxsə çevrilməli və göstərdiyi xidmətlərə görə gəlir əldə etməlidir.

Bu həm də AMEA-nın nüfuzunun artmasına xidmət edəcəkdir.

Əlbətdə ki, alimlərimiz son illər qiymətli nəticələr əldə edərək, dünya elminə də böyük töhfələr veriblər. Amma onların sayı mövcud potensialdan və imkanlardan dəfələrlə azdır.

Düşünürəm ki, AMEA gənc mütəxəssisələrə geniş imkanlar açmalı, onları işə cəlb etməlidir.

Ramiz Mehdiyev ölkənin idarəetmə sahəsində böyük xidmətlərə, təcrübəyə malik olan şəxsdir. Düşünürəm ki, Ramiz Mehdiyevin AMEA-ya prezident təyin olunması buranın inkişafına, neqativlərin aradan qalxmasına təkan verəcək. Əminəm ki, Ramiz Mehtiyevin rəhbərliyi altında AMEA əvvəlki qüdrətini bərpa edəcək”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar