Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə seçkiqabağı vəziyyəti necə dəyərləndirmək olar? - ADP sədrindən seçki şərhi

Hazırkı seçki prosesini 2015-ci il parlament seçkisindən daha demokratik və ədalətli hesab etmək olarmı?..

Sərdar Cəlaloğlu: “Şəxsən mənim dairəmdə bu günə qədər icra strukturlarının müdaxiləsinə rast gəlinməyib. Təbliğatımızı açıq aparırıq və heç bir müdaxilə də yoxdur”.

“Cəmil Həsənli indi siyahı təqdim edib. Hər dəfə də parlament seçkilərindən əvvəl bu cür siyahılar olub və həmin siyahılar yüzdə-yüz təsdiq olunur”.

Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu parlament seçkilərinə az qalmış seçkiqabağı vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi ölkədə ciddi islahatlara start verilib. Elə bu islahatlar fonunda iqtisadi və siyasi müstəvidə müsbət dəyişikliyə nail olmaqdan ötrü icra strukturu ilə yanaşı, qanunverici orqanın da yenidən formalaşmasının zərurəti yaranmışdı. Milli Məclisin mövcud tərkibi heç bir halda islahatlara yardım missiyası ilə çıxış edə bilmirdi. Nəzərə almaq lazımdır ki, Prezident Administrasiyası, Nazirlər Kabineti ilə bağlı aparılan dəyişikliklər fonunda parlamentdəki sükunət diqqət çəkirdi.

Heç də təsadüfü deyil ki, beynəlxalq tənqidlərin əksəriyyəti məhz parlamentin zəif olması ilə bağlı idi. Parlamentdə təmsil olunan deputatların içərisində məsuliyyətini dərk edənlərlə yanaşı, nə baş verdiyinin fərqinə varmadan qıcıqlandırıcı açıqlamalar verənlər, adekvat olmayanlar da kifayət qədər idi.

Bəs ölkədə seçkiqabağı vəziyyəti necə dəyərləndirmək olar və bu seçki prosesini 2015-ci il parlament seçkisindən daha demokratik və ədalətli hesab etmək olarmı?

Mövzunu PİA.az-ın əməkdaşı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Prezident istəyir ki, ölkədə demokratik seçki keçirilsin. Amma hakimiyyət orqanlarında olan müəyyən qruplar əvvəlki illərdəki kimi seçkiləri saxtalaşdırmağa cəhd edirlər”.

Ölkədə seçki bataqlığının yarandığını düşünən partiya sədri PİA.az-a açıqlamasında bildirib ki, bir neçə dairələrdə 20-25 nəfər namizəd var. Yalançı alternativlərin seçkiyə gətirilməsində əsas məqsəd isə əsl namizədin seçilməsinin qarşısını almaqdır. Buna baxmayaraq Sərdar Cəlaloğlu bildirir ki, onun dairəsində bu günə qədər icra strukturlarının müdaxiləsinə rast gəlinməyib. Partiya sədri təbliğatlarını açıq apardıqlarını və heç bir müdaxilə olmadığını vurğulayıb:

“2015-ci ildə Milli Məclisə keçirilən seçkilər biabırçılıq idi. Çünki əvvəlcədən müdaxilə olunurdu və əvvəlcədən hamıya demişdilər ki, seçdikləri adamlardan başqa heç kəs parlamentə buraxılmayacaq. Hətta seçkidə iştirak edənlərə qarşı hər gün ciddi təzyiqlər var idi.

İndiki seçkilərə isə bu vaxta qədər ciddi müdaxilələr olmayıb. Düzdür ayrı-ayrı dairələrdə dairə komissiyaları namizədlərə təzyiq və xahiş ediblər ediblər ki, namizədliklərin geri götürsünlər və s. Şəxsən mənim dairəmdə bu günə qədər icra strukturlarının müdaxiləsinə rast gəlinməyib. Təbliğatımızı açıq aparırıq və heç bir müdaxilə də yoxdur.

Amma Mərkəzi Seçki Komissiyası əhali arasında seçki aktivliyini artıracaq ciddi addımlar atmır. Həmçinin namizədlərin debatları dairə komissiyaları tərəfindən təşkil olunmur. Televizorlarda isə demək olar ki, təbliğat yoxdur. Halbu ki, dövlətin özü maraqlı olmalıdır ki, normal namizədlər parlamentdə təmsil olunsun. Elə bil ki, sanki seçkinin dövlətə aidiyyatı yoxdur və nə isə ictimai hadisədir. Buna görə də belə münasibət var.

Sərdar Cəlaloğlu: “Bəzi yerlərdə icra nümayəndələrinin hansısa namizədləri irəli çəkdikləri görünür”.

Adətən Azərbaycanda seçkilərin nəticələri məhz seçki günü saxtalaşdırılır. Seçki günü bir adama bir neçə bületin verirlər və s. Hətta seçki hüququ olmayan insanları gətirirlər ki, səs versinlər. Səslər də başqa adamın adına yazılır. Biz bu halların yenə yaşanıb-yaşanmayacağını ayın 9-da görəcəyik. Onu da qeyd edim ki, mənim dairəmdə və başqa dairələrdə əvvəlki illərdən fərqli bir mühit var. Bəzi yerlərdə isə icra nümayəndələrinin hansısa namizədləri irəli çəkdikləri görünür.

Azərbaycanda seçki aktivliyinin necə olduğu hamıya məlumdur. Əgər bir adam 300-400 nəfəri bir yerə yığıb guya seçicilərlər görüşübsə, bilinir ki, həmin insanlar o dairənin seçiciləri deyil. Çünki görüşə bu qədər adam gəlirsə, demək ki, seçicilərin 40-50 faizi seçkiyə gələcək. Halbu ki, Azərbaycanda seçici aktivliyi heç vaxt yüksək həddə olmayıb. Hətta namizəd gedib görüş keçirir və həmin görüşdə olan insanların arxadan şəkilləri çəkilib paylaşılır. Belə edirlər ki, bilinməsin həmin adamlar icra strukturlarında işləyənlərdir və yaxud da başqa dairənin adamlarıdır.

Məlumdur ki, Sumqayıtda keçmiş millət vəkili könüllü şəkili namizədlikdən imtina etdi və dedi ki, ailəmin, uşağımın təhqir olunması ilə bu seçkiyə davam edə bilmərəm. Əslinə baxanda isə parlamentdə təmsil olunmuş adamların hamısına münasibət elədir. Amma parlamentdə təmsil olunan keçmiş namizədlərin çoxu yenidən namizədliklərini irəli sürdülər. Faktiki olaraq xalq onları təhqir edir, amma onlar seçkilərin saxtalaşdırılacağına ümid edərək bu prosesi davam etdirirlər.

Sərdar Cəlaloğlu: “Mərkəzi Seçki Komissiyası əhali arasında seçki aktivliyini artıracaq ciddi addımlar atmır... Elə bil ki, seçkinin dövlətə aidiyyatı yoxdur və nə isə ictimai hadisədir”.

Həmçinin də seçki bataqlığı yaradıblar. Çünki elə dairə var ki, orada 20-25 nəfər namizəd var. Həmin insanların böyük əksəriyyəti imza toplamayıblar. 30 ildə siyasətdə olan bir adam kimi deyə bilərəm ki, imza toplama kompaniyası çox çətindir. Amma indi baxırsan ki, heç bir təcrübəsi olmayan adam iki günün içində imzaların toplayıb və dairə komissiyasına verir. Bununla da onun namizədliyi qeydə alınır. Belə yalançı alternativlərin seçkiyə gətirilməsində əsas məqsəd əsl namizədin seçilməsinin qarşısını almaqdır. Əsas fevralın 9-da hər bir şey aydınlaşacaq.

Cəmil Həsənli indi siyahı təqdim edib. Hər dəfə də parlament seçkilərindən əvvəl bu cür siyahılar olub və həmin siyahılar yüzdə-yüz təsdiq olunub. Əslinə baxanda həmişə hökumət özü müəyyən adamlar vasitəsi ilə həmin siyahını cəmiyyətə təqdim etdirirdi. Əgər bu siyahını Prezident Aparatından Cəmil Həsənliyə kimsə veribsə, bununla demək istəyirlər ki, boş yerə əziyyət çəkməyin. Əvvəlki kimi seçkilər saxtalaşdırılacaq.

Prezident istəyir ki, ölkədə demokratik seçki keçirilsin. Amma hakimiyyət orqanlarında olan müəyyən qruplar əvvəlki illərdəki kimi seçkiləri saxtalaşdırmağa cəhd edirlər. Bu da çox təəssüf doğruru və dövlətçiliyə ziddir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən çox oxunanalar