Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə aparılan kadr islahatları... - Yeni kadrlar gözləntiləri doğruldurmu?

Aparılan kadr islahatları sadəcə komanda dəyişikliyidir, yoxsa idarəetmə sisteminə doğrudanmı yeni zehniyyət tətbiq olunur?..

Qabil Hüseynl: “Milli Məclisin keçmiş Aparat rəhbəri Səfa Mirzəyev çox mürtəce ruhlu bir adam idi. Onun gedişindən sonra dəyişikliklərə ehtiyac var idi”.

Tural Abbaslı: “Yeni və gənc nəsil kadrların yürütdükləri siyasətə baxaraq demək olar ki, onlar əhalinin sosial müdafiəsini deyil, daha çox əhalidən pul qopartmaq barədə düşünürlər”.

Bildiyimiz kimi ən son kadr islahatı Səfa Mirzəyevin təqaüdə yollanılmasından sonra Milli Məclis Aparatında aparılıb. Ümumiyyətlə bir çox sahələrdə son illərdə gəncləşdirmə siyasəti aparılır. Aparılan kadr islahatları sadəcə komanda dəyişikliyidir, yoxsa idarəetmə sisteminə doğrudanmı yeni zehniyyət tətbiq olunur? Yeni kadrlar öz fəaliyyətləri ilə sabiqlərdən keyfiyyətcə fərqlənirlərmi?

Ölkədə aparılan kadr islahatlarını PİA.az-ın əməkdaşı sabiq dövlət müşaviri Qabil Hüseynli və AĞ Partiya sədri Tural Abbaslı ilə müzakirə edib.

Qabil Hüseynli: “Elə məmurlar var ki, təyinat alan kimi özünə korrupsiya sistemini təkmilləşdirə biləcək və əsasən korrupsiyaya hədəflənmiş “komanda” yaradır. Bu dövlət idarəetməsində hazırda əsas problemlərdən biridir”.

Yeni kadrların fəaliyyətləri ilə sabiqlərdən fərqlənməsini zamanın göstərəcəyini bildirən sabiq dövlət müşaviri əlavə edib ki, kadrlardan təyinatı doğruldan da olacaq, doğrultmayan da olacaq:

“Ölkədə aparılan kadr islahatları ilə bağlı birmənalı fikir demək o qədər də asan deyil. Əlbəttə ki, idarəetmə təkminləşdirilməlidir. Yeni zehniyyət, yeni dünyagörüşlü, yeni əxlaqa sahib, idarəetməni bacaran kadrlar olmalıdır.

Azərbaycanda mən gəldim, bundan sonra da öz “komandamı” formalaşdıracam prinsipi hələ də yaşamaqdadır. Məsələ ondadır ki, hər yeni gələn “komanda” adı altında öz ətrafına dostunu, qohumunu toplayır və bu zaman o adamların peşəkarlıq səviyyəsi heç nəzərə alınmır. Bu isə “komanda” olmur, klan, tayfa ənələri demək olur. Ümumilikdə komanda anlayışı prezidentə aid olmalıdır. Digərləri sadəcə hakimiyyət komandasının üzvü olaraq peşəkar səviyyələrinə görə kadr seçimi etməlidirlər. Elə olmalıdır ki, hər bir lokal komandaya insanlar hansısa məmura yaxınlığına görə deyil, peşəkar səviyyəsinə görə daxil olsun. Tək yaxınını, dostunu, tanışını öz başına yığmaqla kadr islahatları aparmaq olmaz. Əslində bu heç kadr islahatı da deyil. Elə savadlı, peşəkar gənclər var ki, məhz belə hallara görə kənarda qalırlar. Onları sadəcə korrupsiyaya meylli insanlar əvəzləyirlər ki, bu da ümumilikdə sistemin - qanunların, ədalət prinsipinin çalışmasına ciddi əngəl törədir.

Qabil Hüseynli: “Çalışmaq lazımdır ki, kiminsə yaxını, dostu deyil, daha çox müstəqil və peşəkar kadrlar vəzifələrə gətirilsin”.

Elə məmurlar var ki, təyinat alan kimi özünə korrupsiya sistemini təkmilləşdirə biləcək və əsasən korrupsiyaya hədəflənmiş “komanda” yaradır. Bu dövlət idarəetməsində hazırda əsas problemlərdən biridir.

Ümumilikdə isə aparılan kadr islahatları ölkədə korrupsiyanın nisbətən azalmasına şərait yaradıb. Lakin demək olmaz ki, korrupsiya kəskin azalıb. Ona görə də çalışmaq lazımdır ki, kiminsə yaxını, dostu deyil, daha çox müstəqil və peşəkar kadrlar vəzifələrə gətirilsin. İdarəetmədə yeni zehniyyət də bu şəkildə yarana bilər.

Hesab etmirəm ki, indiki kadr dəyişikliyi tam olaraq Azərbaycanda yeni idarəetmə zehniyyəti formalaşdırmayıb. Bunun üçün hələ çox yol keilməli, ən əsası yuxarıda qeyd etdiyim klan psixologiyasına dayanan kadr islahatlarından tamamilə imtina edilməlidir.

Son olaraq Milli Məclisdə aparılan kadr siyasətunə gəlincə isə deyə bilərəm ki, keçmiş Aparat rəhbəri Səfa Mirzəyev çox mürtəce ruhlu bir adam idi. Onun gedişindən sonra dəyişikliklərə ehtiyac var idi. İndi də bu dəyişikliklər həyata keçirilir. Düşünürəm ki, Milli Məclis Aparatında keçirilən kadr islahatlarının səmərəsi olacaq.

Ən yeni təyinat alan kadrların fəaliyyətləri ilə sabiqlərdən fərqlənməsini zaman göstərəcək. Bu kadrlardan etimadı doğruldan da olacaq, doğrultmayan da olacaq”.

Tural Abbaslı: “Ölkədə illərdir işləyən insanlar artıq təqaüdə göndərilir. Amma mahiyyət etibarilə dəyişən bir şey yoxdur”.

Əslində kadr islahatları işin mahiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarmalı olduğunu vurğulayan partiya sədri PİA.az-a bildirib ki, bir çox hallarda görürük ki, yeni kadrlar komunist təfəkkürlü olanlara şükür oxutdururlar:

“Son zamanlar bir çox köhnə kadrlar yeniləri ilə əvəz olunur. Ölkədə illərdir işləyən insanlar artıq təqaüdə göndərilir. Amma mahiyyət etibarilə dəyişən bir şey yoxdur. Yəni əslində kadr islahatları işin mahiyyətinin yaxşılaşdırılmasına gətirib çıxarmalıdır. Amma bir çox hallarda görürük ki, yeni kadrlar komunist təfəkkürlü olanlara şükür oxutdururlar. İnsanlar deyirlər ki, onlar heç olmasa düzən görmüşdülər.

Görünən odur ki, aparılan kadr islahatları daha çox komanda dəyişikliyidir. İstənilən dəyişiklik, İstənilən islahat, istənilən kadr əvəzlənməsi əgər xalqın maddi və mənəvi rifahını yaxşılaşdırmırsa, demək orada nə isə çatışmır.

Tural Abbaslı: “Yenə də daha çox sadiqlik önə çəkilir. Yəni məmur öz yaxın ətrafını irəli çəkir ki, onlar komandaya sadiq olsunlar. Bunun da nəticələri təssüf ki, müsbət olmur”.

Təəssüflə qeyd edim ki, yeni təyin olunan kadrların tərcümeyi-halında dünyanın inkişaf etmiş ölkələrin universitetlərinin adları keçir. Amma bir çox hallarda məlum olur ki, həmin kadrlar təyin olunan sahə barədə, ən əsası Azərbaycan xalqının sosial müdafiəsi barədə məlumatsızdırlar. Onlar əhalinin hansı çətinliklərdə yaşadıqlarından xəbərsizdirlər. Təbii ki, bu məlumatsızlıq zamanla müəyyən problemlərə gətirib çıxarır. Yeni və gənc nəsil kadrların yürütdükləri siyasətə baxaraq demək olar ki, onlar əhalinin sosial müdafiəsini deyil, daha çox əhalidən pul qopartmaq barədə düşünürlər. Bunun üçün proqramlar həyata keçirirlər.

Düşünürəm ki, hər bir sahə üzrə peşəkar olan mütəxəssisə vermək lazımdır. Amma yenə də daha çox sadiqlik önə çəkilir. Yəni komandanın öz kadrları irəli çəkilir ki, onlar komandaya sadiq olsunlar. Bunun da nəticələri təssüf ki, müsbət olmur.

Biz kadr islahatlarının əleyhinə deyilik. Amma kadr islahatları aparılırsa, daha yaxşılarının vəzifəyə təyin olunmalarını düşünürəm”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar