Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkədə aparılan inqilabi dəyişikliklər və yenidən doğulan Azərbaycan...

Siyasi şərhçi: “Adminstrasiyanın köhnə strukturu yeni göstərişləri, tələbləri həyata keçirməyə uyğun gəlmirdi. Buna görə də daha təkminləşdirilmiş formada struktur dəyişiklikləri aparıldı”

“Düşünürəm ki, indi aparılan islahatlar başlanğıcdır. Biz böyük dəyişikliklərin astanasındayıq”.

Bu sözləri siyasi şərhçi İlqar Vəlizadə son günlərdə ölkədə baş verən islahatları PİA.az-a şərh edərkən qeyd edib.

Ölkə prezidenti İlham Əliyev qanunverici və icraedici orqanlarda kardinal struktur və kadr dəyişikliklərinə başlayıb və ilin əvvəlindən mərhələli şəkildə aparılan islahatlar artıq yeni mərhələdə davam edir. Belə ki, Prezident Əliyev icra strukturunu ilə yanaşı, qanunverici orqanı da transformasiya edir.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev Prezident Administrasiyasının işinin təkmilləşdirilməsi istiqamətində real addım atdı. Bu strukturun tərkibinin yenidən formalaşdırılması yeni idarəetmə modelinə keçidin əsası da adlandırıla bilər.

Dünən isə Milli Məclisin buraxılması ilə bağlı prezident Konstitutsiya Məhkəməsinə müraciət ünvanlayıb. Bu isə Azərbaycanda köklü dəyişiklərin baş verdiyini və bu dəyişikliklərin həyatımızın bütün sahələrinə təsir edəcəyini göstərir.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı siyasi şərhçi İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Son aylarda parlamentin ayrı-ayrı nümayəndələri tərəfindən verilən bəyanatlar ictimaiyyətdə mənfi reaksiya doğururdu”.

Parlamentin yenidən qurulmasının vaxtında verilmiş qərar olduğunu düşünən siyasi şərhçi PİA.az-a açılamasında əlavə edib ki, deputatların böyük qismi cəmiyyətin problemləri ilə ayaqlaşmırdı, cəmiyyətin problemlərinə adekvat reaksiya vermirdi. Bu cür Parlamentin qalması isə daha çox təzadlar, problemlər yarada bilərdi:

Prezident Adminstrasiyasında aparılan struktur islahatlar prezidentin siyasətidir. Bildiyimiz kimi Prezident Adminstrasiyası Prezidentin fərmanlarını, sərəncamlarını, qərarlarını, siyasətini həyata keçirən əsas qurumlardan biridir. Görünür Adminstrasiyanın köhnə strukturu yeni göstərişləri, tələbləri həyata keçirməyə uyğun gəlmirdi. Buna görə də daha təkminləşdirilmiş formada struktur dəyişiklikləri aparıldı.

Burada əsas söhbət idarəetmə sisteminin optimallaşmasından gedir. Prezident Adminstrasiyası tərkibində yeni istiqamətlər müəyyən olunub. Həmçinin daha modern, daha çevik inzibati aparatın yaranmasına ehtiyac var idi.

Biz hamımız bu cəmiyyətdə yaşayırıq və cəmiyyətin problemlərinə bələdik. Vəzifədən asılı olmayaq da hamı cəmiyyətin problemlərini istər sosial, istərsə də real cəmiyyətdə müzakirə edirdi və məsələyə münasibət bildirirdi. Biz görüdük ki, bu ictimai müzakirələr insanlar arasında, hər yerdə fəal aparılır, nəyinki Parlamentdə. Əslində parlamentdə deputatlar cəmiyyətdə qaldırılan məsələləri qaldırmalı və müzakirə etməlidirlər. Həmçinin də problemə adekvat həll yolları tapmalıdırlar.

İlqar Vəlizadə: “İndi əsas məsələ parlamentə seçkilərin necə keçiriləcəyi və kimlərin öz namizədliyini irəli sürməsidir”.

Eyni zamanda son aylarda parlamentin ayrı-ayrı nümayəndələri tərəfindən verilən bəyanatlar ictimaiyyətdə mənfi reaksiya doğururdu. Hətta deputatların adları ilə bağlı müxtəlif qalmaqallar var idi. Bu da hakimiyyət strukturlarında müəyyən təzadların yaranmasına gətirib çıxarırdı. Yəni hakimiyyətin hansısa qolu dəyişib, o birisi olduğu kimi qala bilməzdi.

Parlamentin yenidən qurulması vaxtında verilmiş qərardır. Mən yeni tərkibdə cavan tərkib olsun demirəm, çünki elə yaşlı adamlar var ki, onlar savadlı, müasir düşüncəli insanlardır. Ona görə də yeni tərkibdə söhbət təkcə cavan olmaqdan getməməlidir. Söhbət indiki cəmiyyətlə ayaqlaşmaqdan getməlidir.

Deputatların arasında fəalları da var idi və onlardan bir neçəsi Azərbaycanı xaricdə layiqincə təmsil edirdilər. Amma deputatların böyük qismi cəmiyyətin problemləri ilə ayaqlaşmırdı, cəmiyyətin problemlərinə adekvat reaksiya vermirdi. Bu cür parlamentin qalması isə daha çox təzadlar, problemlər yarada bilərdi.

İndi əsas məsələ parlamentə seçkilərin necə keçiriləcəyi və kimlərin öz namizədliyini irəli sürməsidir. Doğrudanmı seçiləcək namizədlər yeni tələblərə uyğun olacaq? Bunlar növbəti mərhələdə müzakirə olunacaq əsas məsələlərdir. Mən ümid edirəm ki, doğrudan da yeni təfəkkürlü insanlar parlamentə gələcək”.

İlqar Vəlizadə: “Aparılan islahatlar qanunvericilikdə, inzibati strukturlarda, hüquq-məhkəmə sistemində surətlə getməlidir”.

Bu baş verənləri Prezident İlham Əliyevin radikal islahatlara başlaması kimi dəyərləndirmək mümkündürmü? sualına cavab olaraq siyasi şərhçi bildirib ki, islahatları radikal islahat kimi dəyərləndirmir:

“Mən aparılan islahatlara radikal islahatlar deməzdim. Çünki bu islahatlar fərqli islahatlardır. Ümumiyyətlə Prezident də radikal sözün xoşlamır. Prezident daha çox inqilabi dəyişikliklərin tərəfdarıdır.

Prinsip etibarı ilə yanaşmalar isə ənənəvi yanaşmalardır. Yəni Azərbaycan sosial təminatlı dövlət olmalıdır. Azərbaycanın həm xarici, həm daxili siyasətində yeni iş yerlərinin açılması prioritetləri qalıb. Sadəcə olaraq bu prioritetlərin yerinə yetirilməsində son illər müəyyən yeni əngələr ortaya çıxıb. Bu əngəllərin ortadan qalxması üçün də tədbirlər görülür.

Yeni yanaşmada köhnə təfəkkürlü insanlar iştirak edə bilməz. Yəni yeni düarları köhnə adamlar səsləndirəndə qəribə görsənir. Həm də cəmiyyət tərəfindən onlara etimad azalır. Bu da təzad əmələ gətirir. Bu təzadları aradan qaldırmaq üçün də kompleks şəklində islahat aparılmalı idi. Əlbəttə ki, kompleks səkildə də bütün sahələri əhatə etməli idi. Aparılan islahatlar qanunvericilikdə, inzibati strukturlarda, hüquq-məhkəmə sistemində surətlə getməlidir. Əsas da ölkədə hüquq-məhkəmə sistemi daha şəffaf fəaliyyət göstərməlidir.

Düşünürəm ki, indi aparılan islahatlar başlanğıcdır. Biz böyük dəyişikliklərin astanasındayıq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar