Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ölkə rəhbərliyinin səs verdiyi dairənin deputatı kim ola bilər? - Favorit namizədlər

Azərbaycanda ölkə rəhbərliyinin də seçici qeydiyyatında olduğu 29 saylı Səbail Seçki Dairəsindən (SD) deputat seçilmək üçün 32 iddiaçı sənədlərini Dairə Seçki Komissiyasına (DSK) təqdim edib...

“AzPolitika.info” Mərkəzi Seçki Komissiyasının məlumat bazasına istinadla xəbər verir ki, başqa SD-lərdən fərqli olaraq, bu dairədə bütün iddaçıların namizədliyi təsdiq edilib və bir nəfər istisna olmaqla, onlara imza vərəqləri verib. Namizəd olmaqdan imtina edən şəxs son vaxtlar hakimiyyət strukturları üçün kadr bankı rolu oynayan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzinin direktor müavini Lətif Səmədovdur. Ondan başqa daha iki şəxs sonradan fikrindən daşınaraq iddiasından geri çəkilib.

Yeni Azərbaycan Partiyası (YAP) bu dairədən Gənclər Birliyinin Ofis Koordinatoru Aytən Hüseynovanın namizədliyini irəli sürüb. İddiaçılar arasında biznes sektorunu təmsil edən namizədlər üstünlük təşkil edir. Onlardan "Gradn mix" şirkətinin direktoru Mir Fərəc Abbasov, "Yeni Həyat Şirkətlər Qrupu" MMC-nin nümayəndəsi Yaşar Babayev, "Elnur İnşaat Firması" MMC-nin rəhbəri Elnur Camalxanov, "Bakı Konqres Mərkəzi" MMC-dən Sübhan Əliverdi, "Bakı Kristal Zalı" MMC-dən Pavildi Yurmis, "Facality Managment Grup" MMC-dən Rüstəm Rüstəmov, "Hyraulic Mechanisms Company" MMC-dən Rəşad Talıbov, Azərbaycan Sığortaçılar Assosasiyası İctimai Birliyindən Elsevər Tanrıverdiyev və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarainin adlarını çəkmək olar.

Bu dairədən tanınmış ictimai fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev və keçmiş siyasi məhbus, "Nida" Vətəndaş Hərəkatının üzvü Elgiz Qəhrəman da namizədliklərini irəli sürüblər. Yanvarın 14-ə olan məlumata görə DSK iddiaçılardan hələlik yalnız 5 nəfərin namizədliyini qeydə alıb. Onların sırasında bu dairədən əsas namizəd olduğu bildirilən Nigar Arpadarai də var.

Namizdələrdən Bəxtiyar Hacıyev dünən sosial şəbəkədəki hesabından bəyan edib ki, ona zəng edərək ölümlə təhdid ediblər. İctimai fəal bununla bağlı Daxili İşər Nazirliyinə müraciət etdiyini bildirib.

Müşahidələrə görə, sosial şəbəkələrdə kifayət qədər izləyicisi olan Bəxtiyar Hacıyevin namizədliyi qeydə alınarsa, 9 fevralda əsas rəqabət onunla Nigar Arpadarai arasında gedə blər. Arpadarai Seçki Dairəsi ərazisində qərargah qurub və aktiv seçki kampaniyasına hazırlaşdığını açıqlayıb.

pia.az


Etiket: deputatlar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar