Çərşənbə axşamı, 26 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Olimpiya çempionumuz Şərif Şərifov koronavirusa yoluxub

Şərif Şərifov: Bu, adi qrip deyil, təhlükəli virusdur...

Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirus xəstəliyi keçirib.

Bu barədə "Report"a 32 yaşlı idmançının özü məlumat verib. Hazırda Rusiyada Dağıstan Respublikasının paytaxtı Mahaçqalada olan titullu pəhləvan ailə üzvlərinun də pandemiyadan əziyyət çəkdiyini bildirib. O, artıq hər şeyin qaydasında olduğunu açıqlayıb: "Özüm də bu virusa yoluxmuşdum. Bütün ailəmiz - mən, həyat yoldaşım, anam, atam bacım xəstələndi. Sanki hamı bir-birinə ötürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, mayın 19-da evə buraxıldı. Anamdan fərqli, mən xəstəliyi yüngül formada keçirdim. Sadəcə, qızdırma və ağrılarım var idi".

Artıq bir həftədir sağaldığını deyən Şərifov hazırda özünü yaxşı hiss etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Şərif Şərifov 2011-ci ildə dünya, 2012-ci ildə olimpiya (hər ikisi 84 kq), 2019-cu ildə isə Avropa çempionu (92 kq) olub. O, ötən il Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilmiş dünya çempionatında (97 kq) gümüş medal və Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ağstafanın yeni və gənc başçısının ingiliscə çıxışı gülüş obyektinə çevrildi - Video

YAP-da nələr baş verir? - Partiyanın qurucu üzvləri artıq susmaq istəmir

Afaq Bəşirqızının yıxıb sürüdüyü yeni başçı və keçmiş rektor haqda maraqlı iddialar...

"Bütün vasitələrlə H.Əliyevə yaltaqlanmağa çalışdın ki, vəzifədə saxlasın"- Professorla deputat arasında qalmaqal

Deputat Ramiz Mehdiyevin kadrı olması barədə iddialara münasibət bildirdi - Foto

Rasim Balayev: “Mədəniyyət naziri vəzifəsi mənə təklif olunarsa...”

Ölmüş yaxınlarımızın yuxuda görünməsinin səbəbi açıqlandı

Əbülfəs Qarayevlə Elçin Quliyevin şok əməlləri

"İcra başçısının ingiliscə biabırçı danışması faciə deyil, dərd başqadır..."

Əbülfəs Qarayev mətbuat katibinə ev bağışlayıb, tapşırıb, Vüqar Səfərli də birini verib

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay