Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öldürün Mübarizi, dağıdın PALMALİ-ni... Sonra?

"Bizimdir və ona da sahiblənməliyik, kimsəyə verməli deyilik"...

Aylar öncə Mübariz Mənsimova qarşı “reklam şərtləri ilə” kampaniya başlayanda bundan imtina edənlərdən olduq. Nə Mübariz Mənsimovu tanıyıram, nə onun etdiklərindən müfəssəl məlumatım var (yalnız mediada yayılanlar istisna olmaqla), nə də yaxınlarımdan kimsəyə bir yaxşılığı dəyib. Sadəcə, Mübariz azərbaycanlıdır, ölkəmizdən kənarda “Ünlü azərbaycanlı iş adamı”dır, Bizimdir, Azərbaycanındır və Azərbaycan bu cür insanlara sahib çıxmağı bacarmalıdır – fərqi yoxdur, o, 100 azərbaycanlı tələbəyə təqaüd verir, ya vermir və yaxud hansısa xeyriyyə aksiyasına qoşulur, ya qoşulmur.

Eyni münasibətim Vahid Ələkbərovadır. Onun azərbaycanlıdan çox rusiyalı olması da, Azərbaycana heç bir dəstək göstərməməsi də mənimçün ikinci dərəcəli. Fakt odur ki, Putin Bakıya gələndə Vahidi də özü ilə gətirmişdi – xatırlayırsınızsa və Prezidentimizə “O sizinkidir” deyə zarafat da etmişdi.

Fakt budur, bax: O, Putin demişkən, bizimkidir, azərbaycanlıdır, Bizimdir və ona da sahiblənməliyik, kimsəyə verməli deyilik.

Lap olsun Frenk Elkaponi – Füzuli Məmmədov. Hərgah bizi heç gözləmədiyimiz halda məhkəməyə də verdi və mübahisəmiz yarandı: ancaq heç zaman onu hədəf almadıq, hətta əleyhinə yazanda da öz sayğımızı göstərdik.

Fərqi yoxdur, Azərbaycanın sərhədindən kənardakı azərbaycanlıların hamısı – Dərbəndindən Kərkükünə, Təbrizindən Əfqanıstanına qədər – bizimdir, dərdlərinə kədərlənib, sevinclərinə şadlanmalıyıq. Necə deyərlər, itləri hürsün, işıqları gəlsin: bizə nə edirlər, dövlətimizə necə dəstək olurlar – ayrı söhbətin mövzusudur. Bir də Azərbaycan, şükür Allaha, öz ayaqları üstündə durmağı bacaran ölkədir, dosta-düşmənə, diaspora, azərbaycanlı milyarderlərin ianələrinə ehtiyacı yoxdur (Əlbəttə, kim dəstək olursa, Allah razı olsun, etsinlər – öz könülləri ilə, ürəklə, Vətənin yanında olmaq eşqi ilə...)

Kimsə “reklam hüququ ilə” mənə bunların əleyhinə yazı yazdıra bilməz, heç məmurlarımızın da əleyhinə.

Addımını bu gün bəyənmərəm, tənqid edərəm, sabah bəyənərəm, təqdir edərəm, ancaq öz xoşumla olar. Ya biri – xüsusilə azərbaycanlı olmayan biri - onu ləkələməyə qalxarsa, özümüzkünə dəstək olmağa çalışaram.

Onlar bizimdir, Rövnəq Abdullayev isə dövlətimizin neft siyasətini həyata keçirən məmurumuz. Hər birinə hörmət borcumuz var!

Çox pis vəziyyətdir: “Palmali” ilə SOCAR və “Lukoyl” öz aralarında mübahisəni həll edə bilmirlər, ingilisləri hakim tutublar.

Mən bilmirəm kim haqlıdır, kim haqsızdır, ümumiyyətlə kimin haqlı, kimin haqsız olması da eynimə deyil. Məni narahat edən Azərbaycanın adı ilə bağlı olan bir milyarderin digər azərbaycanlı milyarder və Azərbaycanın dövlət şirkəti ilə yola getməməsidir.

Bilmirəm ortada neçə milyon var ki, “bölə” bilmirlər. Ancaq məncə, o milyonlara tüpürüb, bir qəhvə içib, hər şeyi bir-birinə bağışlamalı idilər.

Çox təəssüf edirəm – Mübarizin tutulmasına da, bundan kimlərinsə sevinməsinə də.

Yox, təəssüf etmirəm – bu mənə olduqca pis təsir edir. “Dünya malı dünyada qalmayacaqmı?” Bu sözü ikisinin ağzından eşitmişik.

Niyə bir-birinizə görə rədd etmirsiniz o dünya malını? Niyə birləşə bilmirsiniz?

SOCAR – nəhənglərdən biri, LUKOYL – digər nəhəng, PALMALİ – başqa bir nəhəng...

Mübariz – dünyanın 500 zənginindən biri, Vahid – o cümlədən...

İmkan verin, sizinlə qürur duyaq da! Nədir bu şərləmələr, bir-birinizə qarşı kampaniyalar?

Nədir axı Mübariz həbs olunan kimi bu şıdırğı rəqslər, şadyanalıq və onu aşağılamaqlar?!

Hə, öldürün Mübarizi, dağıdın PALMALİ-ni... Sonra? Nə qazanacaqsınız? 5 milyon, 50 milyon, ya 500 milyon?

Korona girəndən ən çox ziyan edən Vahidimizdir – bəli, Bizim Vahid, Putinin dediyi kimi! - 4 milyard itirib. Mübarizin bütün sərvəti 1,5 milyar olmalıdır səhv etmirəmsə - Forbes elə yazıb. Onu tam ələ keçirsəniz belə, koronanın bir həftəyə vurduğu yaranın yarısı eləmir.

Nədir, nə olub, niyə qırırsınız axı bir-birinizi? Niyə birləşib, bir-birinizə söykənib, daha nəhəng olmursunuz? Niyə bir-birinizin əleyhinə ətək-ətək pullar xərcləyirsiniz?

Bu cür etdiyinizdir Azərbaycan öz torpaqları ilə həmsərhəd olan yeganə ölkədir də!

Belə etdiyinizdir səsimiz dünyada eşidilmir!

Nəsə... Rəhmət ustada, “biz düzələn zat deyilik”!

Hər üçünüzün bayramınız mübarək! Başda isə Mübariz! Çünki həbsdədir, haqlı, ya haqsız – fərqi yoxdur. O həbs olunanda dünya mediası “Azərbaycanlı milyarder həbs olundu” yazdı. Azərbaycanlı! Anlaya bilirsinizmi? Mübarizin həbsində hamımızın adı keçdi...

Allah azərbaycanlı bütün iş adamları üçün bizə “bu ay daha bir neçə milyard qazanmaqla dünya milyarderləri sırasında bir neçə pillə irəlilədi” oxumağı qismət eləsin, bir də “azərbaycanlı milyarder həbs olundu”, “kasıbladı”, “milyard itirdi” oxumayaq!

Bizə isə heç nəyiniz lazım deyil – itiniz hürsün, işığınız gəlsin, vəssalam!

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar