Çərşənbə, 28 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb - Fotolar

Sentyabrın 28-də Azərbaycan Ordusunun raket zərbələri nəticəsində məhv edilən Ermənistan Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyanın ölümü ilə bağlı sensasion məlumat yayılıb.

Türkiyənin "Gundem Gazetesi"-nin erməni saytına istinadla yaydığı məlumatda deyilir ki, general-mayor Arakel Martikyanın olduğu koordinatlar Ermənistanın Livandan Qarabağa gətirdiyi muzdlu döyüşçülər tərəfindən Azərbaycan tərəfinə ötürülüb.

Daha sonra məlumatda qeyd olunur: "Bununla bağlı erməni ictimaiyyətində xəbərlər yayılıb. Həmin xəbərlərdə Ermənistanın Suriya və Livandan Qarabağa 7 min muzdlu döyüşçülər gətirdiyi deyilir. Həmin döyüşçülərin erməni general-mayoru Arakel Martikyanın hərəkət istiqamətləri və olduğu yerlə bağlı məlumatları daha çox pul qarşılığında Azərbaycan tərəfinə satdığı bildirilir. Bu cür məlumatların doğruluğunu erməni hərbçiləri də etiraf ediblər".

Yayılan məlumata görə, "Armenia CT" saytı general-mayor Arakel Martikyanın Azərbaycan Ordusunun əks-hücumu nəticəsində öldürüldüyünü təsdiq edib.

Qeyd edək ki, Arakel Martikyanın ölümü ilə bağlı Ermənistanda sosial şəbəkə istifadəçiləri də məlumat yayıblar.

pia.az




Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

İrəvanı indiki duruma salan 21 illik sirr: Quluzadə açıqlamışdı…

Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub yazdılar

Rusiya Azərbaycana və Türkiyəyə həqiqətən yaxın ola bilərmi?..

Ermənistan rəhbərliyi Xankəndi və Şuşa sakinlərini şəhərləri tərk etməyə çağırıb

“Xankəndi itirilən kimi Paşinyan devriləcək” - Rusiyalı ekspert

Türk “F-16”-ları xarici mətbuatın “qarın ağrısı”na çevrilib

Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi kəskin tənqid olunur

“Türkiyə Rusiyanın atmağa qorxduğu addımları atır” - Ukraynalı politoloq

Hadrutda qalmış erməni qadın: “Məni zirzəmidə qazsız, susuz, çörəksiz qoydular” - Video

loading...

Ən çox oxunanalar