Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

“Oktyabrda Paşinyan yanlış qərar verdi, bir korpus darmadağın edildi” – Köçəryan açıqladı

“Nikol Paşinyanın birbaşa sifarişi ilə ordu rəhbərliyi oktyabrın əvvəlində cənub cəbhəsində hərbi əməliyyatla bağlı qərar qəbul etdi. Bu, o zaman effektivliyi çox ciddi şübhə doğuran bir qərar idi”.

PİA.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan “5-ci kanal”a müsahibəsində İkinci Qarabağ müharibəsi haqda danışarkən deyib.

“Bu, ilk ən böyük uğursuzluq idi: nəticədə ordunun korpuslarından biri və Xankəndi alayı darmadağın oldu. Bundan sonra bizim bölmələrin effektiv müdafiə üçün döyüş imkanları qalmamışdı”, - Köçəryan bildirib.

Köçəryanın sözlərinə görə, bu əməliyyat Paşinyanın 7 oktyabrda RBK-ya coşqu ilə danışdığı əməliyyat idi:

“Biz elə bir yol seçdik ki, o, faciəyə aparırdı. Azərbaycan Ordusu cəbhəni yararaq, 14 km irəliləmişdi. Ancaq bu əməliyyatın sayəsində Hadruta, Qubadlı, Zəngilan, Xudafərin və s. ərazilərə gəlib çıxdı”.

Köçəryan deyib ki, Azərbaycan atəşkəsə razı ola bilməzdi, çünki hər gün ordusu irəliləyirdi. Uğur qazanan heç bir tərəf isə atəşkəsə razı olmaz.

Köçəryan deyib ki, bütün yanlış qərarları bir adam qəbul edib. O, müharibədə xalqın deyil, baş nazir və onun komandasının, apardığı siyasətin məğlub olduğunu bildirib.

“Hakimiyyətin daha bir kobud səhvi şanlı döyüş yolu keçən keçmiş generalları hərbi əməliyyatlara yaxın buraxmaması idi”. (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Xırdalanda dağıntılar altında bir uşaq qalıb - Foto,Video, Yenilənib4

Rəşad Nəbiyev nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

Nazir Rövşən Əkbərovun bacısı oğlunu rəis təyin etdi

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”

Daha bir korrupsiya faktı – Cinayət işi açıldı

Fevral ayının pensiyası artımla birlikdə veriləcək - Rəsmi

Ən çox oxunanalar