Çərşənbə, 27 Yanvar 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Oksford: “Əvvəlcə virusu istehsal etdik, sonra da peyvəndi!”

Dünyada “Dərman şirkətləri koronavirus peyvəndini bu qədər sürətlə necə təkmilləşdirə bildilər? Yoxsa virusu özləri istehsal etdikləri üçün peyvəndi də əvvəlcədən hazırlamışdılar?”, sualı populyar hala gəlib...

Arslan Bulut
“Yeniçağ” qəzeti, Türkiyə, 25 noyabr 2020-ci il

Amerikalı dərman inhisarları indi də əhalini necə peyvənd etmək məsələsinə diqqət yetirirlər. Bu məqsədlə Qlobal İnstitutun rəhbəri Riçard Rahn “Washington Times” qəzeti üçün “Covid-19 peyvənd müharibələri başlasın”, başlıqlı bir məqalə yazıb.

Rahn: “Elm adamları imkansız hesab olunan şeyi etdilər. Bir neçə ay ərzində Covid-19 peyvəndlərini istehsal etdilər”, deyərək mövzu ilə bağlı müzakirələri nəzərdən keçirib. Rahn bununla ABŞ Ali Məhkəməsinin 1905-ci il tarixində Ceykobson-Massaçusets işində verdiyi qərarı da gündəmə gətirib.

Rahnın sözlərinə görə, ABŞ Ali Məhkəməsi 1905-ci ildə 7/2 çoxluqla məcburi peyvəndlə bağlı qərar çıxarıb. Qərarda deyilir: “Üzvlərinin təhlükəsizliyini qorumaq üçün çalışan hər bir yaxşı tənzimlənmiş cəmiyyətdə fərdin azadlığı ilə bağlı hüquqları xalqın təhlükəsizliyi üçün uyğun qaydalarla məhdudlaşdırıla bilər”. Məhkəmə həmçinin bədənləri peyvəndə mənfi reaksiya göstərən insanlar üçün bəzi istisnalar ola biləcəyini qəbul edib.

Rahn Kaliforniya kimi bəzi ştatlarda valideynlərin ciddi bir hissəsinin dini və ya şəxsi inanc kimi müxtəlif səbəblərlə övladlarının peyvənd edilməsindən imtina etdiyini və Nyu-York ştatının qubernatoru Endru Kuomo kimi bir çox amerikalının peyvəndə inanmadığını bildirir: “On minlərlə əlavə ölüm ona bəs etmir”, deyə Rahn qubernatoru tənqid atəşinə tutub.

Rahn yaxın zamanda keçirilən “Gallup” anketində amerikalıların 42%-nin peyvənd vurdurmaq istəmədiyini bildirib və bu vəziyyətdə risk qrupundakı yaşlı insanların peyvənd edilməsini tövsiyə edib. Rahn, həmçinin, peyvənd vurdurmaq istəməyənlərlə çəkişmək əvəzinə, bunun üçün müxtəlif yollar təklif edib. Məsələn, səyahət üçün peyvənd sertifikatı tələb etmək və ya onlardan immunlaşdırıcı bir antikora sahib olduqlarını göstərmələrini istəmək, məktəblərə getmək üçünsə immun sağlamlığı ilə bağlı arayış tələb etmək və s. şərtlərin irəli sürülməsini təklif edib.

Bu cür təkliflər ÜST vasitəsilə bütün dövlətlərin, eləcə də Türkiyənin daxzili siyasətinə çevrilir. Qeyd edək ki, Türkiyədə də aparılan anketlər insanların 57%-nin Covid-19 peyvəndinə güvənmədiyini ortaya çıxarıb.

Dünyada “Dərman şirkətləri koronavirus peyvəndini bu qədər sürətlə necə təkmilləşdirə bildilər? Yoxsa virusu özləri istehsal etdikləri üçün peyvəndi də əvvəlcədən hazırlamışdılar?”, sualı populyar hala gəlib. BBC bu sualları cavablandırmaq məsuliyyətini öz üzərinə götürüb və sifarişlə bir xəbər yayımlayıb.

“Normalda 10 il çəkən peyvənd təkmilləşdirmə işi 10 ayda həll edildi. Lakin yenə də dizayn, sınaq və istehsalda qısa yollardan istifadə edilmədi”, cümlələri ilə başlayan bir xəbərdə daha sonra bildirilir: “Bu araşdırmalar 2 il əvvəl Ebola virusuna qarşı başlamışdı”.

Xəbəri yazan Ceyms Qalagerin sözlərinə görə, Oksford mütəxəssisləri peyvənd istehsalında bilinən vasitələrə müraciət etməyiblər, yəni orijinal infeksiyanın öldürülmüş və ya zəifləmiş bir formasından istifadə etməyib, bunun əvəzinə “ChAdOx1” və ya digər adı ilə “Şimpanze Adenovirus Oksford 1”i dizayn ediblər. Bu dizaynla şimpanzeləri xəstələndirərək onlardan normal bir qrip virusunu alıblar və demək olar ki, bütün xəstəliklərə qarşı istifadə edilə bilən bir peyvənd strukturu yaradıblar.

Oxford mütəxəssisləri qeyd edir ki, insanlarda xəstəliyin qarşısını almaq üçün şimpanzelərdən alınan virusun genetikası dəyişdirilib, daha sonra immunitet sisteminin hara hücum etməsini istəyirsinizsə, ona uyğun da genetika formalaşdırılıb.

Kembricdəki peyvənd sınaqlarında iştirak edən Dr. Mark Toşner peyvəndlərin sınanmasının 10 il çəkdiyi iddiasının yalnış olduğunu iddia edib.

Qısası, peyvəndləri yaradanlar laboratoriyada istehsal olunan bu peyvəndin şimpanzeyə vurulduqdan sonra yenidən genetikası dəyişdirilən viruslardan əldə edildiyini açıq şəkildə söyləyirlər. Bu məlumatlar bizə, sanki, “Meymunlar cəhənnəmindən qaçış” filmini xatırladır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Prezidentin vəzifəsindən azad etdiyi nazir atası kimdir?

Ramiz Mehdiyev Əli Həsənova deyil, ona vəzifə verdi

“Paşinyanın məqsədi budur ki, Şuşanı...” – Erməni nəşrindən şok iddia

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin dəyişdirilməsinin səbəbi açıqlandı

Yol kənarında dəfn edilən 17 şəhidin qəbrini su basdı - Valideynlər etiraz edir - Video

"Azəriqaz" əhaliyə necə "torba tikir?" – Sensasion faktlar

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

Əməkdar artist Siyavuş Aslanın oğluna ölüm arzuladı: “Ona niyə yazığınız gəlir?”

Rusiya səfiri Ter-Petrosyanın şəxsi malikanəsinə niyə gedib? - Saat yarımlıq müzakirə...

Fevral ayının pensiyası artımla birlikdə veriləcək - Rəsmi

Ən çox oxunanalar