Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oklahomada Azərbaycan və ABŞ arasında ikinci kənd təsərrüfatı forumu keçiriləcək

Forum bu il noyabrın 6-8-də keçiriləcək

Bu il noyabrın 6-8-də ABŞ-ın Oklahoma şəhərində Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.

ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, forum ən yaxşı təcrübələri bölüşmək və hər iki tərəfin iqtisadiyyat sektorunda tərəfdaşlıq və investisiya imkanlarını araşdırmaq üçün özəl sektordan olan mütəxəssis-nümayəndələr, kənd təsərrüfatı məhsulları istehsalçıları, habelə Oklahoma və Azərbaycanın dövlət sektorundan kənd təsərrüfatı sahəsində çalışan məsul şəxsləri bir araya gətirəcək.

Məlumatda qeyd olunur ki, bu, ABŞAzərbaycandan siyasətçiləri və kənd təsərrüfatı istehsalçılarını bir araya gətirən ikinci belə forumdur. Aprel ayında Çikaqoda keçirilən ilk belə forumda Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə 14 Azərbaycan şirkətinin nümayəndə heyəti və İllinoys ştatının 33 şirkətləri iştirak edib. Çikaqo forumu Azərbaycanın kənd təsərrüfatı sektoru və ABŞ-ın İllinoys ştatının fermer, aqrobiznes və istehsalçıları ilə əlaqələr yaradıb.

Oklahoma-Azərbaycan Forumu heyvandarlığa (maldarlıq) xüsusi diqqət yetirərək, təsərrüfatın idarə olunması, nizamlanması və geniş çeşidli taxıl və məhsulların təbliğini əhatə edəcək.

Oklahoma ABŞ-da çovdarın bir, mal əti üzrə isə ikinci ən böyük istehsalçıdır. Kənd təsərrüfatı dövlətin illik iqtisadiyyatının 7.1 milyard dollarını təşkil edir və kənd təsərrüfatı məhsullarının ixracı dövlətə ildə 1.9 milyard gəlir gətirir. Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir. Oklahoma Milli Qvardiyası və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında uğurlu əməkdaşlıq kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.

Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Azərbaycan Respublikasının Birləşmiş Ştatlardakı Səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşliq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil olunub.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar