Oğuzda dağlıq- meşəlik ərazidə yanğın başlayıb
PİA.az APA-ya istinadən bildirir ki, bu gün saat 15 radələrində Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Oğuz rayon mərkəzindən keçən hissəsində yüksək dağlıq-meşəlik ərazidə yanğın başlayıb.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 20-yə yaxın canlı qüvvəsi cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində iş gedir.
pia.az