Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "VAZ-2107" markalı 48-BE-233 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə 5 nəfər olub. Onlardan birinin öldüyü bildirilir.
Yaralanan şəxslər isə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
pia.az