Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O məmurlar hələ də orda oturub, ona görə islahat gözləmirəm” – Elçin Şıxlı

Son günlərdə aparılan islahatlar bəzi sahələrdə də gözləntilərə səbəb olub

Belə sahələrdən biri də mediadır. Media sahəsində nə kimi islahatlara ehtiyac olduğunu, hansı təklifləri irəli sürəcəyini öyrənmək üçün fəaliyyəti dayandırılmış “Ayna- Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlının fikirlərini öyrəndik.

E. Şıxlı “Yeni Sabah”a açıqlamasında bildirib ki, atılacaq addımlar barədə danışmaqdan yorulub: “Təkrar etməkdən yorulmuşam. Ona görə nə addım atılacaq hələ bilmirəm. Atılsın sonra fikrimi deyəcəm. Təklifim çoxdur.

Birincisi, gərək hər şey kökündən dəyişdirilsin. Media ilə işləyən adamlar ya dəyişdirilsin, ya da onları elə islah edəsən ki, beyinləri düzəlsin. Beynin düzəlməsi də mümkün deyil. Çətin məsələdir. Təkliflər vermişəm, indi daha vermək istəmirəm. Bəsdir. Hər şey ortalıqdadır, illərdi deyirik. Qəzet yayımı sistemi məhv edilib. Bu bərpa olunmalıdır.

Reklam bazarı mümkün qədər özünə gətirilməlidir. Siyasi qadağalar olmamalıdır. Kimə reklam vermək olar, kimə olmaz məsələsi aradan qaldırılmalıdır. Bunu da hakimiyyətdə oturan müəyyən məmurlar edir. O məmurlar da hələ orda oturub, ona görə heç bir islahat gözləmirəm”.

pia.az


Etiket: Elçin Şıxlı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar