Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“O, satılmış adamdır!” - Yazıçılarımız Əlif Şəfəqi topa tutdu

Kulis.az yazıçılarımız arasında məşhur türk yazar Əlif Şəfəqin tvitter hesabındakı məlum paylaşımıyla bağlı fikirlərini öyrənib. Cavabları təqdim edirik.

Anar

Satqın adamlar hər yerdə var. Təəssüf ki, Türkiyədə də var. Görünür, Əlif Şəfəq də satılmış adamlardan biridir. Kitab mağazalarının onun kitablarına qadağa qoyması çox doğru addımıdır. Mən heç onu yazıçı kimi də qiymətləndirmirdim. Bu hərəkətindən sonra isə daha deyəcək söz tapmıram.

Əjdər Ol

Tanınmış türk yazıçısı Əlif Şəfəqin Azərbaycan-Ermənistan qarşıdurmasından, onun mahiyyətindən xəbərsiz olması və bir erməni siyasətçisinin dırnaq arası humanitar tələsinə düşməsi təəssüf doğurur. Bu oxşar mənzərəni biz çox görmüşük. "Pianist" filmində əsərin qəhrəmanı piano çalmaqla faşizmdən qorunur, amma Şuşada violonçel çalan erməni, mənə elə gəlir, Üzeyir Hacıbəyovun musiqisini çalır və bizi Qarabağa çağırır. Türk mediasında işıqlandırılan gerçəklərdən Əlif Şəfəqin xəbərdar olmamağı mənə çox qəribə gəlir. Qaldı ki, onun bizdə tanınıb, oxunmasına, başlıca səbəbi türk olmasıdır. İşin mahiyyətini bilmədən harasa əl qoyanda insan uduzur. Bizim tariximizdə belə yazıçılar çox olub. Biz Rəsul Həmzətovu da belə itirdik. Başqa bir sıra yazıçıları da itirdik. İndi Əlif Şəfəqi də itiririk.

Aqşin Yenisey

Əlif xanıma təşəkkür edirəm, Nobel mükafatının nə mal olduğunu sübut edir.

Mehriban Vəzir

Əlif Şəfəq istedadlı yazıçıdır, lakin ədalətsiz insandır. İstedad və şəxsiyyət fərqli nəsnələrdir, bəzən ikisi bir cana sığmır. Bir də bildiyim qədər yetişdirilməsində problem var. Amerikada erməni lobbisinin bursu (təqaüd) ilə oxuyub. Türk dövlətinin və Türklüyün düşməni Fətullah Gülənin mənəvi qızı sayılır. Bir müddət də Gülənin mənəvi oğlunun arvadı olub. Onları evlilikdən çox işbirliyi birləşdirir... Yəni belə bir çevrənin məhsulu təbii ki erməni dəstəkçisi olacaq. Təəccüblənməyimiz kimin kim olduğunu bilməməyimizdən doğur. Əlif Şəfəq Türkün və Türk dövlətçiliyini düşmənidir. Adi bir erməni yanlısıdır. Bu gerçəyi bilməliyik.

Pərviz Cəbrayıl

Əlif Şəfəqin Türkiyəyə, türklüyə, nəsrininsə ədəbiyyata heç bir dəxli yoxdu. Onun "Eşq" romanını illər əvvəl oxuyanda onun böyük ədəbiyyatla heç bir əlaqəsi olmadığını düşündüm və daha heç bir kitabını oxumadım. Orxan Pamuku uğursuzca yamsıladığını gördüm. Onun nəsri belə demək mümkünsə, təyyarə, qatar nəsridi. Vaxtı öldürmək üçün yarayır. Ona görə ondan umacağım heç nə yoxdu, nə ədəbiyyat adına, nə ədalət.

Yəni mənim Şəfəqə münasibətim onun PKK (HDP) sevgisiylə, erməni tərəfkeşliyi ilə bağlı deyil. Ona qalsa, Pamuku oxumaz, Sezen Aksunu, Əhməd Qayanı dinləməzdim. Çünki onların arxasında sənətləri dayanır. Əlif Şəfəqinsə mənimçün azərbaycanlı saxta kosmopolitlərdən, "sülh sərçələri"ndən heç fərqi yoxdur.

Şahbaz Xuduoğlu

Əlif Şəfəqin tvitterdəki dar düşüncəli açıqlaması bir oxucu və naşir kimi məni də məyus etdi.

Azərbaycanda onun kitablarının nəşr hüququ "Qanun" nəşriyyatına məxsusdur. Kitablarının nəşrinin dayandırılması və satışdan yığışdırılması çağırışları ilə qəti razı deyiləm. Biz kitab yandıran nasistlər deyilik.

Hamını tvitterə girib onun işğalçıya mənəvi dəstəyini tənqid etməyə dəvət edirəm. Bunu mən özüm də edirəm. Biz qadağa qoymuruq, mübahisə edirik. Bizi güclü edən bizim həqiqətlərdir.

pia.az 


Etiket: Yazıçılar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar