Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

O heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir! – Hüquq müdafiəçisi

“Heç nəyə baxmadan o heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir”.

AzToday.az xəbər verir ki, bunu hüquq müdafiəçisi İlqar Altay Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırımın rəhbəri olan Qaregin Njdeyə qoyulan heykəldən danışarkən deyib. Onun fikrincə, bu Azərbaycana qarşı təxribatdır:

“Fikrimcə, bu cür məsələyə Azərbaycan Xarixi İşlər Nazirliyi bəyanat, ya nota verməməlidir. Bu xarici ölkənin deputatının, ya rəsmisinin Qarabağa icazəsiz səfəri, ya hansısa, diplomatik pozuculuq deyil! Bu, Ermənistan tərəfinin konkret olaraq, Azərbaycan ərazisində bizə qarşı təxribatıdır. Əslində, təxribat vasitə və məqsədli bu heykəl də Ermənistandan Laçın dəhlizi ilə Azərbaycan ərazisinə gətirilib, dövlətimizə və xalqımıza qarşı təhdid mahiyyətlidir. Ona görə biz də diversant, terrorçualara qarşı əməliyyat kimi qəti addım atmalıyıq. Bir dəfə cəmisi xəbərdar etməklə bu heykəl-təhdidi yığışdırıb, təxribata son qoysunlar, ardınca da heç nəyə və heç kimə baxmadan o heykəl Haropla vurulub yerlə-yeksan edilməlidir”.

İlqar Altay bildirib ki, faşizm əleyhinə addımımıza nə Rusiya, nə xaric etiraz edəcək:

“İkinci də, bu, çox yaxşı fürsətdir, ermənilər bizə əsas yaradıb ki, onları bir daha cəzalandırıb, dünyaya qətiyyətimizi də göstərək. Görünür, siyasi həllin yanında güc-qətiyyət olmalıdır, ermənilər qamçını sevir”.

Qeyd edək ki, erməni mediasının yaydığı məlumata görə, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, Hitlerin əlaltısı, Anadoluda və Qafqazda türklərə və azərbaycanlılara qarşı soyqırım həyata keçirmiş Qaregin Njdeyə heykəl qoyulub. Rusiya sülhməramlıları faşist heykəli qoyulmasına mane olmayıb.

Xatırladaq ki, Qaregin Njde 1945-ci ildə İkinci Dünya müharibəsindən sonra Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunub. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölüb.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar