Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda Qarabağ şüarlarını daşıyan təyyarə havaya qaldırılıb - Foto

ABŞ-ın Nyu-York şəhərində Azərbaycan icmasının üzvlərinin təşkilatçılığı ilə Manhetten adasınının üzərində ingilis dilində böyük hərflərlə “Stop Armenian Occupation” (Erməni işğalını dayandır), “Karabakh is Azerbaijan! (Qarabağ Azərbaycandır) şüarlarını daşıyan təyyarə havaya qaldırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, üç saat ərzində Nyu-York şəhərinin üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Təyyarənin daha yaxşı göründüyü Nyu-Jersi şəhərinin “Liberty” parkında toplaşan həmvətənlərimiz əllərində bayraqlarla, alqışlarla və şüarlarla təyyarəni izləyiblər.

Təyyarə Manhetten adasında məşhur iş mərkəzləri “Empire Building”, “Business Center” olmaqla, dövlət üçün xüsusi əhəmiyyətli binaların və yaşayış yərlərinin önündən uçub.

Layihənin təşkilatçısı Elmar Bayramov “Report”a açıqlamasında deyib ki, iki həftə ərzində ermənilər tərəfindən “Airads” hava reklamları şirkətinə proyektin reallaşmaması üçün təzyiqlər göstərilib. Hətta şirkətə bunun üçün ermənilər tərəfindən əlavə vəsait də ödənilib. Lakin onların səyləri uğursuz olub.

pia.az 

Fotolar




Etiket: ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar