Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası rəsmən işə başlayıb

Sentyabrın 17-də Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası rəsmən işə başlayıb...

Cari sessiyanın sədri Ticani Muhammad-Bande bu sessiyada prioritet məsələlərin yoxsulluq və aclığın aradan qaldırılması, təhsillə təminat və iqlim dəyişikliyinə qarşı mübarizə olacağını söyləyib.

BMT Baş katibi Antonio Quterriş isə sessiyanın ilk həftəsində keçiriləcək beş sammit barədə xatırlatma verib: "Qarşıda bizi gərgin il gözləyir. Beş sammitlə - iqlim, dayanıqlı inkişaf sahəsində məqsədlər, inkişafın maliyyələşdirilməsi, ümumi səhiyyənin təmin edilməsi, inkişaf etməkdə olan kiçik ada dövlətlər üzrə görüşlərlə başlayırıq".

Nigeriyanın BMT-dəki daimi nümayəndəsi T.Muhammad-Bande sülh və təhlükəsizliyə, o cümlədən münaqişələrin qarşısının alınması və həll edilməsi səylərinə, eləcə də ədalətli iqtisadi və sosial asayişin təmin edilməsinə xüsusi diqqət ayırlacağına söz verib.

A.Quterriş və T.Muhammad-Bande gələn il dünyanın BMT-nin 75 illiyini qeyd edəcəyini xatırladıblar.

Sentyabrın 24-də ümumi müzakirələr başlayacaq, iştirakçılar qarşısında 97 dövlət başçısı, 5 vitse-prezident, 46 hökumət başçısı və 38 nazir çıxış edəcək.

Ənənəvi olaraq, ümumi siyasi müzakirələr zamanı tribunadan ilk olaraq Braziliya və ABŞ liderləri çıxış edəcəklər. Ümumi müzakirələr başlamazdan əvvəl BMT Baş katibi təşkilata üzv ölkələrə BMT-nin fəaliyyəti ilə bağlı illik hesabatını təqdim edəcək.

Müzakirələr zamanı həmçinin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun da çıxış edəcəyi gözlənilir.

Baş Assambleya BMT-nin əsas orqanlarından biridir. O, bütün üzv dövlətlərin nümayəndələrindən ibarətdir və onların hər biri bir səsə malikdir. Sülh və təhlükəsizlik və ya yeni üzvlərin qəbulu kimi vacib məsələlər üzrə qərarlar üçdə iki səs çoxluğu tələb edir. Digər məsələlərə dair qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar