Cümə axşamı, 02 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Nyu-Yorkda 3,3 mln. dollar dəyərində mənzili olan Zaur Axundov kimdir?

Manhettenin mərkəzində yerləşən Trump Place-də dəbdəbəli mənzillərə malik olan yeganə azərbaycanlı deyil...

Turan-ın Vaşinqtondakı müxbirinin əldə etdiyi Nyu-Yorkun Maliyyə Departamentinin hesabatlarına əsasən, Rushmore binasında 3,3 milyon dəyəri olan mənzil (N 31A) Zaur Axundov adlı başqa bir azərbaycanlıya məxsusdur.

Bu, Nyu-Yorkda 80 Riverside Boulevard ünvanında yerləşən iki binadan ibarət böyük yaşayış kompleksidir. Binada hovuz, fitnes və spa xidmətləri, bilyard zalı, velosipedlər üçün otaq, teatr, əyləncə kompleksi və s. var.

Bu yaxınlara qədər Axundovun çox vaxt Trampın binası adlandırılan Riversayd bulvarı 120 ünvanında da 2 mln. dollar dəyəri olan daha bir mənzili (N 9S) var idi. Göründüyü qədər, o, bu mənzili 2013-cü ildə – 3,3 mln. dollarlıq yeni mənzili aldıqdan dərhal sonra satıb.

Turan Zaur Axundovun şəxsiyyətini dərhal müəyyən edə bilməyib, amma Nyu-Yorkun Vergilər Departamentinin məlumatlar bazasında yer alan 2013-cü ilin satış sözləşməsində Axundov The Wicks Group şirkəti ilə əlaqələndirilib. Bu, ABŞ-da Azərbaycanın Silk Way aviasiya şirkətinin maraqlarını təmsil edən aviasiya hüquq və konsaltinq şirkətidir.

Wicks Group-un direktoru Qlenn Viks ötən ilin sonlarında adı Zaur Axundov olan Silk Way holdinqinin prezidenti də daxil olmaqla, bir neçə yüksək vəzifəli şəxslə birlikdə Bakıda 8-ci Caspian Air Cargo sammitində iştirak edib.

Şərh almaq üçün Axundovla və Wicks Group-la telefon əlaqəsi saxlamağımız mümkün olmayıb. Silk Way qrupu da Turan-ın sorğusuna cavab verməyib.

Silk Way Airlines-in 2018-ci ilin sentyabrında Prnewswir-də dərc edilmiş press-relizinə əsasən, cənab Axundov “Silk Way-in yaradılmasında həlledici rol oynayıb, ilk gündən Silk Way komandasının lideri olub və çoxillik dəyərli təcrübəsini Azərbaycanda aviasiya sənayesinin yaradılmasına həsr edib”.

Maraqlıdır ki, qeyd edilən bəyanatdan cəmi bir neçə həftə sonra, yerli KİV-lərin məlumatına görə, Axundov şirkətdən qovulub, amma müəmmalı şəkildə ötən il prezident vəzifəsinə bərpa edilib.

Bununla belə, Nyu-Yorkdakı mənzilin əsrarəngiz sahibinin şaiyələrə görə ölkənin ali rəhbərliyi ilə sıx əlaqələri olan özəl Silk Way şirkətinin rəhbəri ilə eyni şəxs olub-olmadığı tam aydın deyil.

Qərargah-mənzili Bakıda yerləşən Silk Way Holding şirkətlər qrupu uzun illər ərzində qalmaqallardan uzaq olmaq, şirkətin nüfuzunu qoruyub saxlamaq üçün həddindən artıq ehtiyatlı olub. Amma bu yaxınlarda məşhur müxalifətçi Tofiq Yaqublunun siyasi həbsi ilə əlaqədar şirkətin adı ictimai diqqət cəlb edib. O, Silk Way-in idarə etdiyi onlarla şirkətdən biri olan Silk Way Construction-un əməkdaşı Elxan Cəbrayılovun şikayət ilə “xuliqanlıqda” ittiham olunub və həbs edilib.

ABŞAvropa Şurası Bakını Yaqublunu azad etməyə çağırıb, amma hakimiyyət bu müraciətlərə məhəl qoymayıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Zaur Axundov


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Siyavuş Novruzov: “Prezidentə dedi ki, Ramiz Mehdiyev mətbuatda məndən yazdırır”

“Bu, karantin rejiminin daha da sərtləşdirilməsi deməkdir” - DİN-dən açıqlama

Baş Nazir Əli Əsədovdan icra başçılarına yeni tələb - Operativ Qərargahın videomüşavirəsi keçirilib

Qurban bayramında 4 gün iş olmayacaq - Baş Nazirdən qərar

“Daha güclü olmaq istəmirəm” - Əməkdar artist

Koronavirus zamanı immuniteti gücləndirmək üçün 20 qəpiklik çarə

Sabahdan Bakının küçə və prospektlərdə quraşdırılmış polis postları ləğv ediləcək - Rəsmi

İlqar Məmmədov Ədalət Vəliyevlə görüşündən danışdı

“Gül kimi xalqdır, plastilindir, nə istəsəniz, edirsiniz, qədrini bilin”- Natiq Cəfərli

Ədalət Vəliyev partiya sədrləri ilə görüşdü

loading...

Ən çox oxunanalar