Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nyu York Tayms” 1990-cı ildə Bakı qırğını ilə bağlı nə yazıb?

“Bakıya getmək qadağandır, “ikinci Əfqanıstan”, Prezident Elmira Qafarova tələb edir”...

Azərbaycan xalqı bir neçə aydan sonra sovet ordusu tərəfindən 20 yanvar 1990-cı ildə Bakıda törədilmiş qanlı qırğının 30 illiyini qeyd edəcək.

Həmin ilin yanvarında heç bir rəsmi xəbərdarlıq edilmədən Bakıya soxulan sovet ordusu öz vətəndaşlarına qanlı divan tutdu. Qarabağ probleminin ədalətli həllini Moskvadan tələb edən azərbaycanlılar bunu əvəzində yüzlərlə şəhid, minlərlə yaralı və itkin aldılar. Mixail Qorbaçovun Bakıda törətdiyi qanlı qırğın SSRİ-nin suqutunu qaçılmaz edən faktora çevrildi.

Azərbaycan Rusiyadan üzünü çevirdi.

Həmin il Bakı qırğınını dünyadan gizlətmək üçün SSRİ rəhbərliyi bütün vasitələrə əl atırdı. Azərbaycan televiziyası partladıldı, radio qapadıldı, qəzetlər bağlandı. Xarici ölkələrə informasiyalar yalnız çox məhdud sayda bura əli çatan əcnəbi jurnalsitlərin yerli ictimai-siyasi fəallarla, AXC rəhbərləri ilə vasitəsi ilə çatdırılırdı. SSRİ mətbuatı kar və kor idi. Onların səhifələrində yalnız SİTA-nın quru və rəsmi məlumatından savayı heç nə yox idi.

Amma 20 yanvar faciəsini gizlətmək mümkün olmadı. Həmin il bütün aparıcı Avropa dövlətlərinin və ABŞ KİV-lərində bununla bağlı yazılar dərc olunub.

PİA.az Azpost.info-ya istinadən həmin mənbələrdən birini təqdim edir. 1990-cı ilin yanvarın 21-də ABŞ-ın nufuzulu “Nyu York Tayms” qəzeti Bakı qırğını ilə bağlı yazısını manşetə çıxarıb və ətraflı şərh edib. Sovet İttifaqında olan Jurnalist Bill Kellerin hazırladığı operativ məqalədə bir çox məqamlar əks olunub.

“Sovet ordusu Azərbaycanın paytaxtı Bakını nəzarət altına alıb. Bu gündən etibarən şəhəri uzunmüddəli işğalda saxlamaq üçün hazırlıq aparılır. Gecə şəhərdə baş vermiş konflikt nəticəsində onlarla dinc sakin və bir neçə sovet əsgəri öldürülüb. Hərbi komendant Xəzər dənizindəki limanda dedi ki, tanklar və əsgərlər barrikadaları dağıdarkən 60 nəfər ölüb” –deyə qəzet yazırdı.

Daha sonra Keller şəhər sakinləri ilə telefonla danışaraq hadisələr barədə məlumat toplayıb: “Bakı sakinləri ilə telefon danışığı zamanı onlar yerli xəstəxanalardakı məlumatlara əsaslanaraq yüzlərlə insanın öldürüldüyünü bildirirlər. Bir sıra şahidlər deyir ki, əsgərlər gecə yarısı şəhərə daxil olublar və balkonlara çıxıb nə baş verdiyini bilmək istəyən dinc sakinləri güllə-baran ediblər”.

Keller SSRİ rəhbəri Mixail Qorbaçovun həmin gün qanlı qırğını gizlətmək üçün etdiyi çıxışına da istinad edib: “Prezident Mixail Qorbaçov bu gün televiziya ilə çıxışında bəyan edib ki, hərbi müdaxilə Azərbaycan Xalq Cəbhəsi tərəfindən təşkil olunmuş dövlət çevrilşinin qarşısını almaq üçün tətbiq edilib”.

Yazıdan bəlli olur ki, qanlı qırğın xalqın gözünü qorxutmayıb və şəhər əhalisi etiraz üçün küçələrə çıxıb: “Ağır hərbi vəziyyətə baxmayaraq AXC rəhbərləri Kommunist Partiyasının qərargahı qarşısında ( Mərkəzi Komitənin binası – hazırda Prezident Administrasiyası-red) öz tərəfdarlarını yığıblar. Onlar hərbi müdaxiləyə qarşı tətil və vətəndaş itaətsiziliyinə başlayacaqlarına and içiblər. “Biz qələbə qazanana qədər vuruşacağıq” – deyə AXC-nin liderlərindən olan şair Yusif Səmədoğlu dedi. “Bizim məqsədimiz ordunu şəhərdən qovmaq, Kommunist partiyasını ləğv etmək, demokratik parlament yaratmaqdır”

FOTO: Sovet əsgərləri Bakıda dinc sakini əsir aparırlar (Assoşeyted Press)

Keller yazır ki, Kommunist Partiyası bu gün öz rəhbəri Əbdürrəhman Vəzirovu vəzifəsindən azad edib.

“Nyu York Tayms” qəzeti həmin gün Naxçıvan Ali Sovetinin verdiyi qərarını da qeyd edib: “Bakının işğalına cavab olaraq Naxçıvan SSRİ tərkibindən çıxması barədə bəyanat verib və BMT, Türkiyəyə, İrana kömək üçün müraciət edib. Bu barədə İRNA məlumat yayıb. Xəbər “Röyter” tərəfindən təsdiqlənib. Türkiyə və İran sərhəddində yerləşən Naxçıvan Azərbaycanın digər hissələrindən tam ayrıdır, bura AXC-nin sarsılmaz dayağı sayılır. Ötən ay burada insanlar milyonlarla etnik azərbaycanlıların yaşadığı İranla sərhədləri dağıdıblar”.

“Əgər bu doğrudursa bu ciddi Konstitusiya pozuntusudur”-deyə SSRİ xarici işlər nazirinin müavini Aleksand Bessmertnıx bu günkü mətbuat konfransında deyib.

“Nə Moskvada, nə də Azərbyacanda heç kim Qorbaçovun bu yolla Azərbaycandakı vəziyyəti tezliklə yoluna qoya biləcəyinə inanmır. “İndi bizim öz “daxili Əfqanıstanımız var” –deyə Kommunist Partiyasının nümayəndəsi işğalın uzun müddətli perspektivni nəzərdə tutaraq bəyan edib. Prezident Elmira Qafarova bu gün səhər radioda efirə çıxıb və ordunun şəhərə yeridlməsini pisləyib”-deyə Keller yazıb.

Məqalədə daha sonra bildirlir ki, son iki ildə müsəlman azərbaycanlılarla xristan ermənilər arasında köhnə ədavət yenidən alovlanıb: “Onlar bütünlüklə Azərbaycan ərazisində yerləşən Dağlıq Qarabağ üzərində nəzarət uğrunda mübarizə aparırlar. Bakı Ermənistandan qovulmuş on minlərlə azərbaycanlı qaçqınları qəbul etdikdən sonra qeyri-sabit şəhərə çevrilridi”.

Keller yenidən SSRİ xarici işlər nazirinin müavinin keçirdiyi mətbuat konfransına qayıdır: “ Bessmertnıx bəyan edib ki, silahlıların respublikada hakimiyyəti ələ keçirməsi məlum olduqdan sonra ordu şəhərə yeridilib. Qanuni hakimiyyəti uzaqlaşdırmaq, özlərinin hakimiyyətə gəlmələri üçün Qərargah yaradılmışdı”- deyə Bessmertnıx bildirib.

Moskva Bakıya hucumla bağlı TV-də heç bir kadr göstərməyib. Qərb jurnalistlərinə Bakıya və regiona daxil olmaq qadağan olunub”- deyə Keller son durumu şərh edib.

FOTO: Sovet tankları Bakı şəhərində. 28 yanvar 1990-cı il ( Assoşeyted Press)

20 yanvar qırğını ilə bağlı Qərb KİV-ləri digər günlərdə də operativ məlumatlar yaymağa başladılar.

“Los Angeles Times” qəzeti 23 yanvar 1990 -cı ildə yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər. 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.

Nyu-York Tayms” 18 fevral 1990-cı ildə Bakı qığrını haqqında dərc etdiyi növbəti məqaləsində yazırdı: “Bakının işğalından sonra öz torpağına bütün varlığı ilə bağlı olan hər bir azərbaycanlının qəlbində Moskvaya və Mixail Qorbaçova qarşı dəhşətli bir nifrət hissi yaranmışdı. Vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır. İndi adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinədək uşaqlı-böyüklü hamı dərk edir ki, Moskva öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar töküb”.

Böyük Britaniyanın “The Times” qəzeti 29 yanvar 1990-cı ildə qırğın barədə bunlar yazıb: “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir”.

“Qardian” qəzeti isə 22 yanvar 1990-cı il sayında Azərbaycan xalqının imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxdığını yazırdı: “Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanm qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir”.

Nəticədə SSRİ-nin bu faciəni gizlətmək cəhdi fiaskoya uğradı. Dünya “demokratiya və insan hüquqlarından” danışan SSRİ-nin dinc insanlara qarşı qəddarlığının bir daha şahidi oldu.

Bu qanlı faciə Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin yeni səhifəsini açdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar