Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nüvə aliminin qətli ilə bağlı sensassion iddialar: "İranda 62 nəfərlik sui-qəsd dəstəsi var"

Sərdar Turqut
“Habertürk”, Türkiyə, 05 dekabr 2020-ci il

Qərbdə və Orta Şərqdə yaxşı kəşfiyyat mənbələrinə sahib olan jurnalistlərin yazdıqlarından əldə etdiyim məlumatlara görə, İranda baş verən ən son sui-qəsd aşağıda göstərilən kimi həyata keçirilib.

Öncə öldürülməsinə qərar verilən elm adamının (Möhsün Fəxrizadə – tərc.) həmin gün Absarddakı villasına gedəcəyi haqqında məlumat gəlib.

Bu məlumatlara əsasən, İsrailin İran daxilində 62 nəfərlik bir sui-qəsd dəstəsi varmış.

Elm adamının o gün Absarddakı villasına gedəcəyi haqqında məlumat “Mossad”ın Təl-Əvivdəki mərkəzinə çatan kimi, bu 62 nəfərlik sui-qəsd dəstəsinin liderinə “Hərəkətə keç!” əmri verilib.

Bu 62 nəfərlik sui-qəsd dəstəsinin 50 nəfərinin vəzifəsinin logistika dəstəyi vermək olduğu, 12-nin isə sui-qəsdi həyata keçirəcək “Çirkli onikilik” adlandırılan qrupu təşkil etdiyi söylənilir.

Robot sui-qəsd avtomobili

Sui-qəsdin həyata keçirildiyi gün hədəfdəki şəxs villasına doğru gedərkən 3 zirehli –  gülləkeçirməyən avtomobildən ibarət konvoy təşkil edilibmiş. Sui-qəsdin hədəfi olan şəxs ortadakı avtomobildəymiş. Öndəki avtomobil bir dairədə dönərkən məhv edilib.

Sonra isə ortadakı avtomobillə ən arxada olan avtomobilin arasına uzaqdan idarə olunan bir avtomobil girib. Bu avtomobildə quraşdırılan və uzaqdan idarə olunan avtomatik silahdan arxadakı avtomobilə güllə yağdırılıb, sonda da bu robot sui-qəsd avtomobili arxadakı həmin mühafizə avtomobili ilə birlikdə uzaqdan havaya uçurulub.

İcraçı qrup – “Çirkli onikilik”

Mühafizə avtomobilləri yox edildikdən sonra hədəfin olduğu avtomobilə qrup rəhbərinin liderliyilə 12 nəfərlik qrup, – 4-ü motosikllə, digərləri avtomobillə, – yaxınlaşmış, iranlı elm adamı avtomobildən çıxarılmış və birbaşa qrup rəhbəri tərəfindən ortadan qaldırılmışdır.

Adamın öldüyü təsdiq edildikdən sonra icraçı qrup üzvləri hadisə yerindən qaçmışlar və əməliyyata logistika dəstəyi verən 50 nəfərlik dəstənin təmin etdiyi təhlükəsiz evlərə çəkilmişlər.

Bu qrupun “Mossad” tərəfindən İrandan çıxarılıb-çıxarılmadığı hazırda məlum deyil.

Tərcümə Strateq.az-ındır

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar