Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nursultan Nazarbayev Azərbaycan Prezidentinə məktub yazıb

Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb...

PİA.az-ın xəbərinə görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Rəhbəri olduğunuz Yeni Azərbaycan Partiyasının fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə qalib gəlməsi ilə əlaqədar Sizi səmimi qəlbdən təbrik edirəm.

Hesab edirəm ki, bu qələbə Sizin konstruktiv xarici və daxili siyasətinizin, həmçinin həyata keçirdiyiniz islahatlara Azərbaycan xalqının dəstəyinin nəticəsidir.

“Nur-Otan” Partiyasının sədri olaraq Qazaxıstanın və Azərbaycanın aparıcı siyasi qurumları arasında səmimiyyətə və etimada söykənən münasibətləri yüksək qiymətləndirirəm.

Əminəm ki, Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının xalqları arasında əsl dostluq üzərində qurulan əməkdaşlıq bundan sonra da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün təşəbbüslərinizdə uğurlar, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram". (Report)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar