Çərşənbə, 20 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Nüfuzlu amerikalı senator Trampı tənqid edib

2012-ci ildə Respublikaçı partiyasından prezidentliyə namizəd olmuş Senator Mitt Romney Prezident Donald Trampın Suriyadakı kürd müttəfiqləri tərk etmək qərarını pisləyib...

O, senatdakı çıxışında deyib ki, bu, “Amerika tarixində qan ləkəsi kimi qalacaq”.

Yuta ştatından olan nüfuzlu senator tənqidini oktyabrın 17-də səsləndirib. İndiyədək Respublikaçı partiyasının bir neçə üzvü prezidentin Suriyadan hərbçiləri çıxarmaq qərarını qınayıb.

ABŞ əsgərlərini çıxarınca Türkiyə qüvvələri Suriyadakı kürdlərə qarşı əməliyyata başlayıb. Kürdlər ABŞ-ın İslam Dövləti ekstremist qruplaşmasına qarşı mübarizəsində əsas müttəfiqi olub.

Hər iki partiyadan konqresmenlər bu addımı kürd müttəfiqlərə “xəyanət” adlandırıb.

Romney deyib ki, kürdləri qoruyan ABŞ əsgərlərinin çıxarılması “bizim müqəddəs vəzifələrimizdən birini pozur. Bu, Amerikanın şərəfinə zərbədir”.

Senator ümidvar olduğunu bildirib ki, oktyabrın 17-də elan olunmuş beşgünlük atəşkəs səmərəli olacaq. Ancaq təkidlə bildirib ki, Türkiyəylə razılaşma əsgərlər çıxarılandan sonra deyil, qabaq əldə olunmalıydı.

Türkiyə Suriyada əməliyyata 9 gün öncə başlayıb, ərazini kürd yaraqlılardan təmizləyərək bufer zonası yaratmaq, buraya suriyalı qaçqınları yerləşdirmək istədiyini deyir.

Vitse-prezident Mayk Pens Ankarada Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoganla danışıqlardan sonra deyib ki, Ankara kürd qüvvələrinin ərazidən çıxması üçün atəşkəsi müvəqqəti dayandırmağa razılaşıb. (azadliq.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


loading...

Ən çox oxunanalar