Çərşənbə, 03 Mart 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Noyabrda Azərbaycan Türkiyəyə qaz nəqlini 23 % artırıb

Ötən ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 1 mlrd 064 mln kubmetr təbii qaz ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 23,4 % çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

Noyabr ayında Türkiyəyə qaz ixracına görə birinci yerdə Rusiya qərarlaşıb. Bu ölkədən Türkiyəyə 2 mlrd 435 mln kubmetr təbii qaz ixrac edilib. Bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 2,3 dəfə çoxdur. Noyabr ayında İran Türkiyəyə 790 kubmetr təbii qaz ixrac edib ki, bu da 2019-cui ilin noyabr ayı ilə müqayisədə 8 % azdır.

Hesabat dövründə Türkiyənin ümumilikdə idxal etdiyi qazın miqdarı illik müqayisədə 27,93 % artaraq 5 mlrd 153 mln kubmetrə çatıb. Bu, 2019-cu ilin noyabr ayı ilə müqayisədə 32,1 % artıma bərabərdir.

Bu miqdarın 4 mlrd 290,6 mln kubmetri boru kəmərləri ilə nəql edilib ki, bu da daha əvvəlki ilin eyni ayı ilə müqayisədə 52,5 % çoxdur.

pia.az 


Etiket: Qaz
z


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

YAP-ın yeni icra katibi kim olacaq? – “Bəzi çevrələrdə bir deputatın adını çəkməyə başlayıblar...”

Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?

Azərbaycanda Ramazan ayının nə vaxt başlayacağı açıqlanıb

“Yeni Azərbaycan Partiyası həmişə rüşvətxor məmur istehsalı ilə məşğul olub” - Hafiz Hacıyev

Qasparyanın “kitabı bağlandı” - Nikolun planı gerçəkləşir...

Əhməd Vəliyevin  "imperiya"sı çökür : "Muğan Bank" iflas ərəfəsində

YAP- da islahat: Hansı məşhur simalar partiyadan uzaqlaşdırılacaq?

Dörd min dollar maaş alan azərbaycanlı müəllim - Video

“Mənə qarşı söyüş kampaniyasını Fərəc Quliyevin oğlu aparır” - Deputat

"Siyavuş Novruzovun yerinə kimsə seçiləcək" - Tolik

Ən çox oxunanalar