Bazar, 06 Dekabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Noyabr ayının hava proqnozu açıqlanıb

Noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq.

Noyabr ayının birinci ongünlüyünün birinci yarısında hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin dağlıq rayonlarda yağış yağacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 7-12, ayın əvvəlində 16 dərəcəyədək, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 14-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 28-38 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 5-10, üçüncü ongünlüyün bəzi günlərində 0 dərəcəyədək, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 9-14 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 18-28 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 0-4 dərəcə şaxta, gündüzlər 10-15, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-7 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 8-13, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 2-5, gündüzlər 18-23, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 8-13 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-24 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturu 7-12 dərəcə isti, ikinci və üçüncü ongünlüyün bəzi günlərində yüksək dağlıq ərazilərdə 2-7 dərəcə şaxta, gündüzlər 15-20, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 7-12 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturunun 9-14, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6, gündüzlər 19-24, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 12-16 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 25-45 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər çoxdur. Gecələr havanın temperaturu 9-14, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 3-6 dərəcə isti, dağlarda 0 dərəcəyə yaxın, gündüzlər 16-21, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 10-13 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 55-170 mm) olacağı gözlənilir.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Xankəndinin birinci katibinin ikibaşlı oyunu - oğluna "nazir" vəzifəsi, özünə isə istefa

Xocalı və Xankəndi ilə bağlı yeni xəbər - Video

"Paşinyan Əliyevə cavab verə bilmir, çünki..." - Erməni general

Hadrut meşələrində gizlənən erməni əsgərləri çarəsiz durumda - Kömək istəyiblər...

Xudavəngə gələn ermənilər kimdən icazə almalıdır? – Açıqlama

“Pulunuz yoxdursa, Zəngəzuru verin” - Rusiyalı politoloqdan Ermənistana təklif

“Siyaqut” şadlıq evinin sökülməsinə qərar verildi - Sahibi Naxçıvan MR DİN-nin müavinidir

Liqaçovla Qorbaçov Qarabağda nəyi “bölə bilməyiblər...”

Abramyan hiddətləndi:"Azərbaycan hərbçiləri Xankəndində alış-veriş edir.."

Azərbaycanlı milyarderlərin Qarabağla bağlı susqunluğu…

Türkiyə və Rusiya hərbçilərinin Qarabağda yerləşəcəyi ərazi bilindi

loading...

Ən çox oxunanalar