Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov Türkmənistan Prezidenti ilə görüşdü

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərində səfərdədir

PİA.az AzərTac-a istinadən bildirir ki, avqustun 12-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Baş Naziri Novruz Məmmədov ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Türkmənistana rəsmi səfərinin, səfər çərçivəsində aparılan danışıqların və imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından önəmli rol oynadığı qeyd edilib.

Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə uyğun olaraq uzunmüddətli tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib.

Tərəflər Türkmənistan-Azərbaycan dialoqunun mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə qeyd olunub ki, Xəzər regionunda qonşu olan Azərbaycan və Türkmənistan müasir dövrün aktual problemlərinin həll yollarının axtarışında strateji tərəfdaş kimi çıxış edirlər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar