Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Novruz Məmmədov Qazaxıstan Baş nazirinin müavini ilə görüşüb

Bu gün Baş nazir Novruz Məmmədov Qazaxıstan Baş nazirinin müavini Gülşara Abdıkalıkova ilə görüşüb

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, N. Məmmədov UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb, dost ölkələr olan Azərbaycan ilə Qazaxıstanın bu təşkilat çərçivəsində də fəal əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Baş nazir deyib ki, iki ölkə arasında müxtəlif sahələrdə çox yaxşı əlaqələr mövcuddur: “AzərbaycanQazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində də çox sıx əməkdaşlıq edirlər. Qazaxıstan Azərbaycanın iştirak etmədiyi təşkilatlarda, tədbirlərdə daim bizim ölkəmizin mövqeyini müdafiə edir. Hesab edirəm ki, bu, ölkələrimiz arasındakı dostluğun təzahürüdür və digər dövlətlər üçün də yaxşı nümunə ola bilər”.

N. Məmmədov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsi baxımından önəmli olduğunu, G. Abdıkalıkovanın Azərbaycana səfərinin UNESKO çərçivəsində, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsində Qazaxıstanın ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Qazaxıstanın Baş naziri Askar Maminin salamlarını çatdıran G. Abdıkalıkova deyib ki, dost ölkələr olan Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələr strateji xarakter daşıyır. “Bizim ölkələrimiz arasında çox səmərəli əməkdaşlıq əlaqələri var. Biz hər zaman qarşılıqlı olaraq bir-birimizin maraqlarını müdafiə edirik. Əminəm ki, bu münasibətlər gələcəkdə daha da inkişaf edəcək”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb

Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Ən çox oxunanalar